Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
Kanadanın büdcə kəsiri 2024-2025-ci maliyyə ilinin ilk altı ayında iki dəfədən çox artaraq 13,01 milyard Kanada dollarına (9,28 milyard dollar) çatıb.
“Far.Az”un məlumatına görə, bu barədə "Reuters" Kanada Maliyyə Nazirliyinə istinadən xəbər yayıb.
Departament bildirib ki, proqram xərcləri və borc ödənişləri gəlir artımından daha sürətli yüksəlib.
Qeyd olunub ki, ölkənin ötən ilin eyni dövründə büdcə kəsiri 8,17 milyard Kanada dolları olub. Proqram xərcləri bütün əsas xərc kateqoriyalarında 11,2%, dövlət borcuna xərclər əsasən yüksək faiz dərəcələri səbəbindən 22,5% artıb.
Eyni zamanda, gəlirlər cəmi 9,6% artıb ki, bu da əsasən fiziki şəxslərin və hüquqi şəxslərin gəlir vergilərindən daxilolmaların, eləcə də digər vergi və rüsumlardan daxilolmaların artması hesabına baş verib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 10 %-ə yaxın artırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
-
Məhəmməd Salah Avropada ən çox maaş alan futbolçu ola bilər
-
Qərb Rusiya pullarını gələn aydan Ukraynaya verəcək
-
Fars körfəzi ölkələri BƏƏ-də hərbi təlimlər keçirəcəklər
-
Ağ Ev Ukraynanın ərazi güzəştlərinin mümkünlüyünə münasibət bildirib
-
Alimlər: Qasırğaların səbəbi smartfonlar ola bilər