Qəzzada son həftələrdə 130 mindən çox insan evlərini tərk edib
Far.Az xəbər saytı

Qəzzada son həftələrdə 130 mindən çox insan evlərini tərk edib


Qəzzanın şimalında son həftələrdə 130 mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

“Far.Az”un məlumatına görə, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərq üzrə rəhbəri Filip Lazzarini deyib.

Onun sözlərinə görə, Qəzza zolağının ən azı 1 milyon sakini soyuq qış havalarında qorumaq üçün lazımi sığınacağa malik deyil.

“Qəzzanın mənzil ehtiyacının dörddə birindən az hissəsi ödənilir ki, bu da təxminən 1 milyon insanı qış yaxınlaşdıqca sərt hava şəraitinə məruz qalma riski ilə üz-üzə qoyur. Eyni zamanda daha 545 min insan zədələnmiş binalarda və müvəqqəti sığınacaqlarda yaşayır. Odur ki, Fələstin anklavının brezent və digər tikinti materiallarına ehtiyacı var”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
Fələstin Qəzzanın şimalında bufer zona yaratmaq planlarını qəbuledilməz hesab edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər