Ramin Məmmədov: Azərbaycanda dövlət-din münasibətlərini möhkəmləndirəcək ideyalar öyrənilməlidir
Far.Az xəbər saytı

Ramin Məmmədov: Azərbaycanda dövlət-din münasibətlərini möhkəmləndirəcək ideyalar öyrənilməlidir


Azərbaycanda dövlət-din münasibətlərini möhkəmləndirməyə imkan verən ideyalar öyrənilməlidir.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” konfransındakı çıxışında deyib.

O bildirib ki, xüsusilə indiki geosiyasi reallıqlar qarşımızda duran vəzifələri daha dərindən təhlil etməyə sövq edir.

“Azərbaycanın son illərdə əldə etdiyi tarixi qələbələr bir çox siyasi dairələri narahat edir. Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 ərəfəsində ölkəyə qarşı aparılan kampaniyalar buna əyani sübutdur. Təzyiqlərə, qarayaxmalara baxmayaraq, Azərbaycan COP29-un ən yüksək səviyyədə təşkilinə nail oldu”.

Komitə sədri qeyd edib ki, mövcud şəraitdə qlobal çağırışların nəzərə alınması vacibdir:

“Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Biz yeni bir dövrün astanasındayıq. Ona görə də mövcud riskləri qiymətləndirərkən və əldə olunan uğurları təhlil edərkən qlobal çağırışları, geosiyasi reallıqları nəzərə almalıyıq.

Hesab edirəm ki, bu konfransın əsas məqsədi tarixi nailiyyətimiz olan dövlət-din münasibətləri modelini indiki şərtlərdə belə qoruyub möhkəmləndirməyə imkan verən ideya və təkliflərin öyrənilməsindən ibarətdir”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər