Kobaxidze Gürcüstanda Ukrayna “Maydanı”nın təkrarlanması ehtimalını istisna edib
Far.Az xəbər saytı

Kobaxidze Gürcüstanda Ukrayna “Maydanı”nın təkrarlanması ehtimalını istisna edib


Ukrayna “Maydanı” ssenarisi Gürcüstanda təkrarlana bilməz, çünki ölkədə güclü institutlar və müdrik insanlar var.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Radikallar və onların xarici himayədarları həmişə ölkədə iğtişaşlar törətmək və Gürcüstanı ukraynalaşdırmaq üçün bir səbəb tapmağa çalışırlar. Onlar hələ dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutlara malik müstəqil dövlətdir və ən əsası, heç nəyin və heç kimin möhkəmliyini sarsıda bilməyəcəyi təcrübəli və müdrik xalqa sahibdir. Gürcüstanda Ukrayna “Maydanı” ssenarisi reallaşa bilməyəcək. Gürcüstan bir dövlətdir, dövlət isə buna imkan verməyəcək”, - Kobaxidze brifinqdə deyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər