Bugün
Qərbi Azərbaycan Xronikası: İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü Qərbi Azərbaycan Xronikası: İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü
Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib
Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir" Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"
Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq
Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib
Fransa Ermənistanı silahlandırmaqda davam edir Fransa Ermənistanı silahlandırmaqda davam edir
Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər” Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”
Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər” Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”
Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub
Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi

2-10-2023, 23:55 255

Azərbaycanlı diplomat “France 24” telekanalının efirində Ermənistan sülh masasına oturmağa çağırıb Azərbaycanlı diplomat “France 24” telekanalının efirində Ermənistan sülh masasına oturmağa çağırıb Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov “France 24” telekanalının ispan dillində yayımlanan efirində keçirilən debatda Ermənistan tərəfini riyakarlığa və

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov “France 24” telekanalının ispan dillində yayımlanan efirində keçirilən debatda Ermənistan tərəfini riyakarlığa və qarayaxma kampaniyasına son qoyaraq iki ölkə arasında dayanıqlı sülhün bərqərar edilməsi üçün səmimi səy göstərməyə çağırıb.

"Report" xəbər verir ki, debat zamanı guya “Qarabağda etnik təmizləmənin həyata keçirilməsi”, “Laçın yolunun blokadaya alınması” kimi cəfəng iddialar səsləndirən Cənubi Amerikanın Erməni Milli Şurasının icraçı direktoru Aram Mouratian azərbaycanlı diplomatın təqdim etdiyi tarixi həqiqətlər, tutarlı faktlar və dəlillər qarşısında aciz durumda qalıb. Hətta erməni həmsöhbətə təxribat yönümlü sualları ilə kömək etməyə çalışan verilişin aparıcısı da əsaslandırılmış cavablardan sonra çıxılmaz vəziyyətə düşüb.

Məhz Ermənistanın uzun illər Azərbaycana və xalqımıza qarşı işğalçılıq, etnik təmizləmə siyasəti həyata keçirdiyi, bu gün də erməni mina terrorunun ağır fəsadlarının davam etdiyi qeyd olunub. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Hökumətinin işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyi və bu əraziləri dünyanın ən gözəl guşələrindən birinə çevirməkdə qərarlı olduğu bildirilib.

Lokal xarakterli antiterror tədbirlərinin keçirilməsini şərtləndirən səbəblərə toxunan diplomat qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə yetirildiyini bildirib, Qarabağın erməni sakinlərinin ölkəmizin konstitusiya çərçivəsinə reinteqrasiyası istiqamətində atılan addımlardan bəhs edib. Azərbaycanın milliyətindən asılı olmayaraq bütün vətəndaşlarının hüquq və azadlıqlarına tam təminat verdiyi və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan Hökumətinin ölkəmizə qarşı ərazi iddialarından əl çəkməsinin, yalanlara və riyakarlığa son qoymasının vacibliyi qeyd olunub.

Xüsusi vurğulanıb ki, Ermənistan tərəfi bu tarixi fürsəti əldən qaçırmamalı, Azərbaycanın sülh gündəliyinə və çağırışlarına uyğun olaraq mehriban qonşuluq şəraitində yaşamaq, eləcə də regionda əmin-amanlığın təmin olunması üçün səmimi səylər göstərməlidir. Bölgədəki bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının bu prosesə əhəmiyyətli töhfə ola biləcəyi qeyd olunub.

Həmçinin Azərbaycanı hədəf seçən radikal erməni diasporunun çirkin təbliğat kampaniyasının və pozucu fəaliyyətinin qəbuledilməz olduğu və iki ölkə arasında sülh və normallaşma prosesinə yalnız xələl gətirdiyi vurğulanıb.

Azərbaycanlı diplomat çıxışını “Qarabağ Azərbaycandır!” şüarı ilə bitirib, erməni tərəf müqabili isə “Qarabağ sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyinə inanmağın çətin olduğunu” bildirməklə kifayətlənmək məcburiyyətində qalıb.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib

Region

Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib

Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib
Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Energetika

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"
Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Energetika

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq
Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib

Region

Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib

Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib
Fransa Ermənistanı silahlandırmaqda davam edir

Region

Fransa Ermənistanı silahlandırmaqda davam edir

Fransa Ermənistanı silahlandırmaqda davam edir
Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”

Region

Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”

Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”
Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”

Region

Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”

Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”
Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub

Biznes

Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub

Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub