Gürcüstan DİN valideynlərə uşaqları Tbilisidəki aksiyadan uzaqlaşdırmağa çağırıb
Far.Az xəbər saytı

Gürcüstan DİN valideynlərə uşaqları Tbilisidəki aksiyadan uzaqlaşdırmağa çağırıb


Gürcüstanın Daxili İşlər Nazirliyi valideynləri övladlarını Tbilisidə parlament binası yaxınlığındakı aksiyadan uzaqlaşdırmağa çağırıb.

“Far.Az”un yerli bürosu xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

“Müxtəlif KİV-lər nümayişin keçirildiyi yerdə azyaşlı uşaqların olması barədə görüntülər yayırlar. Gürcüstan qanunvericiliyinə görə, bütün uşaqların dinc toplaşmaq azadlığından istifadə etmək hüququ var. Lakin indiki aksiyalar dəfələrlə dinc toplantı çərçivəsindən çıxıb və zorakılığa çevrilib. Uşaqlar zorakı mühitdədir və onların xəsarət alması riski yüksəkdir. Biz valideynləri uşaqları aqressiv mühitdən qorumağa çağırırıq”, - deyə nazirlik bildirib.

Daxili İşlər Nazirliyi onu da bildirib ki, parlament binası qarşısında etirazçılar pəncərələri sındırır, tezalışan maddələr atırlar, daha sonra yanğın törətmək üçün içəriyə fişənglər buraxırlar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər