Kanada ABŞ-la sərhəd təhlükəsizliyini gücləndirəcək
Far.Az xəbər saytı

Kanada ABŞ-la sərhəd təhlükəsizliyini gücləndirəcək


Ottava ABŞ-a qeyri-qanuni miqrasiya axınını azaltmaq üçün sərhəd nəzarətini gücləndirəcək.

“Far.Az” xəbər verir ki, bu barədə Kanadanın ictimai təhlükəsizlik naziri Dominik Leblan ölkənin baş naziri Castin Trüdonun daha əvvəl Kanadadan gələn bütün mallara 25%-lik ticarət rüsumları tətbiq edəcəyinə söz vermiş Amerikanın seçilmiş prezidenti Donald Trampla görüşünü şərh edərkən deyib.

“Onlar Tramp və Trüdo enerji təhlükəsizliyi, boru kəmərləri, dünyada münaqişələr, Çin və tarif təhlükəsi, sərhəddəki hazırkı hərəkətlərimiz və görmək niyyətində olduğumuz əlavə tədbirləri müzakirə ediblər.

Qarşıdakı həftələrdə əhəmiyyətli addımların atılması planlaşdırılır. Biz əlavə pilotsuz uçuş aparatları, polis helikopterləri yerləşdirmək və sərhəd xidmətinin şəxsi heyətini yenidən fromalaşdırmaq niyyətindəyik”, - deyə nazir qeyd edib.

Oxşar xəbərlər

Tramp Trüdo ilə danışıqların nəticələri barədə məlumat verib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər