![Ötən il 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri kəskin artıb](/uploads/photo/oten-il-100-en-boyuk-silah-istehsali-shirketinin-gelirleri-keskin-artib.webp)
![](/templates/amon/images/logo2.png)
Ötən il 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri kəskin artıb
2023-cü ildə 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri 632 milyard dollara çatıb ki, bu da real ifadədə 2022-ci illə müqayisədə 4,2% artım deməkdir.
“Far.Az” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) qlobal silah ticarəti ilə bağlı son hesabatında məlumat verib.
Ekspertlər qeyd ediblər ki, silah satışından əldə edilən gəlirlərin artımı bütün regionlarda, xüsusən də Rusiya və Yaxın Şərqdə nəzərə çarpır.
“Kiçik istehsalçılar Qəzza və Ukraynadakı münaqişələr, Şərqi Asiyada artan gərginlik və geniş yayılmış hərbi yenidən silahlanma proqramlarından irəli gələn yeni tələbatdan faydalanıblar. Top 100 şirkət artan tələbata cavab olaraq 2023-cü ildə istehsalını artırdı və gəlirlər 2022-ci ildə azaldıqdan sonra yenidən artıb.
Firmaların təxminən dörddə üçü illik gəlirlərini artırıb. 2023-cü ildə silah satışından əldə edilən gəlirdə nəzərəçarpacaq artım olub və bu, 2024-cü ildə də davam edəcək”, - hesabatda deyilir.
Üç Türkiyə şirkəti, əsasən, Ukraynadakı münaqişə və hökumətin silah istehsalında özünü təmin etmək üçün davam edən səylər nəticəsində gəlirlərini 24% artaraq 6 milyard dollara çatdırıb.
Beləliklə, Baykar İHA şirkətinin məhsullarının satışı 2023-cü ildə hərbi satış gəlirlərinin təxminən 90%-ni təşkil edib ki, bu da 25% artaraq 1,9 milyard dollara çatıb.
Oxşar xəbərlər
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri
Azərbaycanda mobil telefon nömrələri 1 000 - 75 000 manata hərraca çıxarılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Epilepsiyanın beyin sağlamlığını məhv etdiyi müəyyən olunub
-
Trampla Putinin danışıqlarına hazırlıq görülür
-
Futzal üzrə Azərbaycan Kubokunda 1/4 finalçılar məlum olub
-
Fransada müxalifət yanvarın 16-da hökumətə etimadsızlıq səsverməsi tələb edə bilər
-
Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
-
İspaniya Superkuboku: “Barselona” “Real Madrid”i darmadağın edib