Boneyralı hüquq müdafiəçisi: Niderland öz dilimizdə danışmaq hüququmuzu əlimizdən alır
Far.Az xəbər saytı

Boneyralı hüquq müdafiəçisi: Niderland öz dilimizdə danışmaq hüququmuzu əlimizdən alır


"İstənilən ölkədə baş verən demokratik dəyişikliklər müsbət qarşılanmalı, xalqların azadlıq və müstəqillik hüquqlarına beynəlxalq səviyyədə hörmət göstərilməlidir".

APA-nın məlumatına görə, bunu insan hüquqları müdafiəçisi Ceyms Finis Bakı Təşəbbüs Qrupu və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının təşkil etdiyi “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, Niderland xalqının həyata keçirdiyi siyasət nəticəsində boneyralıların öz dilində danışmaq hüququ əllərindən alınır:

"Bu gün belə bir konfransın Bakıda təşkil olunması onu göstərir ki, biz müstəqillik uğrunda həqiqətən qəti mübarizə aparırıq. Bəs adamızda insanların sayı niyə azalır? Çünki xalqımız təzyiqlərlə üzləşir və nəticədə immiqranta çevrilirlər. Bizim uşaqlarımız öz doğma dillərində təhsil hüququndan məhrum edilib. Niderland hökuməti fundamental hüquqlarımızdan olan ana dilində təhsil hüququnu və digər fundamental hüquqlarımızı əlimizdən almağa cəhd göstərməkdədir".

Boneyra Dəyişiklik Uğrunda Hərəkatının həmtəsisçisi Kayle Aranksta Elizabet Finis isə bildirib ki, holland dili Boneyrada rəsmi dil statusuna malikdir, amma adanın üzvləri bu dildə danışmaması hökumətlə xalq arasında geniş uçurum yaradır.

"Dildən istifadə hüququnun təmin olunmaması probleminin aradan qaldırılması çox ciddi məsələ kimi qarşımızda dayanır. Bu məsələnin indiyədək mövcud olması övladlarımız üçün maneə yaradır. Onlar papyamento dilində danışır, bu dili məcburi olaraq mənimsəyir, nəticədə ya təhsil hüququndan məhrum olunur, ya da özlərini doğma vətənlərində yad hiss edirlər", - o əlavə edib.

Oxşar xəbərlər

Boneyralı hüquq müdafiəçisi: Niderland öz dilimizdə daşımaq hüququmuzu əlimizdən alır
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır
Bu gün Bakıda neokolonializmə qarşı mübarizə ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Boneyra Hərəkatının lideri: Niderland səsimizi boğmaq üçün qanunları istədiyi kimi dəyişir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər