ABŞ Gürcüstana yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
ABŞ Gürcüstana Avropaya inteqrasiyanın dondurulması ilə bağlı keçirilən etiraz aksiyalarına görə yeni sanksiyalar tətbiq edə bilər.
“Far.Az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken deyib.
Onun sözlərinə görə, artıq sanksiyaların tətbiqinə hazırlıq gedir:
"Birləşmiş Ştatlar indi əvvəllər elan etdiyimiz ikitərəfli əməkdaşlığın nəzərdən keçirilməsini davam etdirməklə yanaşı, əlavə sanksiyaların tətbiqi də daxil olmaqla, əlimizdə olan vasitələrdən istifadə etməyə hazırlaşır".
Qeyd edək ki, Gürcüstan hökuməti 2028-ci ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə danışıqların başlanması məsələsini gündəmə gətirməmək və 2028-ci ilin sonuna qədər Aİ-dən heç bir büdcə qrantı almayacağı barədə qərar qəbul edib. Bu qərardan sonra Gürcüstanda etirazlar baş verib. 28 noyabrdan etibarən etiraz aksiyaları Tbilisidə və regionlarda keçirilir.
Aksiyalar əvvəlcə dinc şəraitdə keçirilsə də, sonradan nümayişçilər zorakılıqlara əl atıblar. Aksiyaçılar polisə fişəng, “Molotov kokteylləri’ və daş atırlar. Eyni zamanda Tbilisidəki etiraz aksiyalarında saxlanılanların 30 %-i xarici vətəndaşlardır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir - ŞƏRH
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Epilepsiyanın beyin sağlamlığını məhv etdiyi müəyyən olunub
-
Trampla Putinin danışıqlarına hazırlıq görülür
-
Futzal üzrə Azərbaycan Kubokunda 1/4 finalçılar məlum olub
-
Fransada müxalifət yanvarın 16-da hökumətə etimadsızlıq səsverməsi tələb edə bilər
-
Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
-
İspaniya Superkuboku: “Barselona” “Real Madrid”i darmadağın edib