ABŞ Rumıniyaya xəbərdarlıq edib
Far.Az xəbər saytı

ABŞ Rumıniyaya xəbərdarlıq edib


ABŞ Rumıniyaya xəbərdarlıq edir ki, onun Qərbyönümlü kursundan əl çəkməsi Vaşinqtonla təhlükəsizlik əlaqələrinin zəifləməsinə və Amerika investisiyalarının azalmasına səbəb ola bilər.

“Far.Az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

Qeyd olunub ki, ABŞ Rumıniyanın güclü NATO müttəfiqi və Avropa İttifaqında tərəfdaşı kimi töhfələrini yüksək qiymətləndirir:

“İstənilən dəyişikliklər ABŞ-Rumıniya təhlükəsizlik əməkdaşlığı üçün ciddi mənfi nəticələrə səbəb olacaq və xarici investisiyaların məhdudlaşdırılması qərarı ABŞ şirkətlərini Rumıniyaya investisiya qoymağa davam etməkdən çəkindirəcək. Rumıniyadakı seçkiləri diqqətlə izləyirik. Kimi seçəcəyi Rumıniya xalqının ixtiyarındadır və ABŞ bu seçimə və bu prosesə qarışmır.

Biz Rumıniya Ali Müdafiə Şurasının Rusiyanın Rumıniyada seçki proseslərinin bütövlüyünü pozmağa yönəlmiş kiberməkanda zərərli fəaliyyətlərdə iştirakı ilə bağlı hesabatından narahatıq. Bununla bağlı araşdırma aparılmalıdır”.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər