Paytaxtda 31 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib
2024-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 31,2 milyard manat təşkil edib.
Bu barədə “APA-Economics”ə Bakı şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edilib ki, sənaye məhsulunun 76,6 faizi mədənçıxarma, 20,4 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,7 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2024-cü il vəziyyətinə 446,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 46,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Bakıda yeddi ayda 18.7 mlrd. manatlıq məhsul satılıb
Pensiyaçı kimi qeydiyyatda olanların sayı açıqlanıb
Bakıda 7 ayda kafe və restoranlar 828 mln. manat gəlir əldə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
-
Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-2
-
"Axios": ABŞ Venesuela ilə irimiqyaslı neft sazişi bağlamağa yaxındır













