Ramin Məmmədov: Əsas məqsədlərdən biri dinin yanlış interpretasiyalarını dəyişməkdir
Bəzi hallarda dini amillərdən məqsədli şəkildə cəmiyyətləri parçalamaq, milli şüurda ziddiyyətlər yaratmaq üçün istifadə olunur.
“Far.Az”un Qərb bürosunun məlumatına görə, bunu Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 10-da Mingəçevirdə “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda keçirilən regional konfransdakı çıxışında deyib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan xalqının əsas xüsusiyyətlərindən biri müasirliyə can atmağı milli ənənəyə çevirməsidir:
“Bizim keçdiyimiz yol gələcəyə baxışımızın məzmununu müəyyənləşdirən vacib amillərdən biridir. Adət-ənənələrimiz, tariximiz bizi başqalarından fərqləndirir. Ancaq indi elə bir dünyada yaşayırıq ki, gələcəyimizi öz əllərimizlə inşa etməliyik. Ənənələr bizə müasir olmağa heç bir maneə yaratmır. Əksinə, Azərbaycan xalqının əsas xüsusiyyətlərindən biri müasirliyə can atmağı milli ənənəyə çevirməsidir”.
O, mövcud şəraitdə dinin yanlış interpretasiyalarının dəyişdirilməsinin vacibliyini burğulayıb:
“Biz yeni bir tarixi mərhələnin iştirakçılarıyıq. İndi başlıca məqsədlərdən biri dinin yanlış interpretasiyalarını dəyişməkdən ibarət olmalıdır. Çünki hər bir xalqın inancı onun milli-mənəvi dəyərlərinin çox vacib elementidir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Tramp bildirib ki, İran artıq ABŞ-ni ələ salmayacaq
-
Azərbaycan Kuboku: Cari mövsümdə tamaşaçı sayı son 10 ilin ən yüksək göstəricisi kimi yadda qalıb
-
Tramp: ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etmək istəyir













