Hacıqabulun Abulyan kəndində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.
“Far.Az”un Aran bürosunun məlumatına görə, xəsarət alan 3 nəfərdən biri - Abdulabad kənd sakini, 2010-cu il təvəllüdlü Əliyar Şirəliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, qəza zamanı bir nəfər hadisə yerində ölüb, xəsarət alan 2 nəfər Şirəliyev Rafail Əlzamin oğlu və Abışov Pənah Şamo oğlu isə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.
“Far.Az”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Abdulyan kəndində qeydə alınıb.
Avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.