“Milli mübarizəmizdə artıq yeni feminizm fikri formalaşıb”.
"Far.Az" xəbər verir ki, bunu Martinika Azadlıq Partiyasının lideri Luk Frensis Karol Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişaf” mövzusunda tədbirdə deyib.
O təəssüflə qeyd edib ki, dünyada hələ də çoxlu sayda qadın zorakılığa məruz qalır.
“Biz 2015-ci ildə seçkidə qalib gələndən sonra gender bərabərliyini təmin etməyə çalışmışıq. Həmin dövrə qədər Fransa hökuməti qadınların imkanlarından istifadə etməyə imkan vermirdi”, - əlavə edib.