Gündüz İsmayılov: Azərbaycanda dinin siyasiləşdirilməsinə, məzhəbçiliyə yönələn cəhdlər var
Azərbaycanda dinin siyasiləşdirilməsinə, məzhəbçiliyə, ənənəvi islamın zəiflədilməsinə yönəldilmiş cəhdlər var.
"Far.Az"un Cənub bürosunun məlumatına görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O qeyd edib ki, hazırda Azərbaycanda dini durum sabitdir:
"Biz istər dini-ideoloji nöqteyi-nəzərdən, istərsə də ictimai-milli təhlükəsizlik kontekstində din sahəsində ciddi bir təhdidlə qarşı-qarşıya deyilik. Amma təəssüf ki, bəzi müəyyən narahatlıq və narahatlıq doğuran məqamlar var. Çünki dinin siyasiləşdirilməsinə, məzhəbçiliyə, ənənəvi islamın zəiflədilməsinə yönəldilmiş cəhdlər mövcuddur".
Sədr müavini bildirib ki, Azərbaycanda qadın hüquqlarının pozulmasına, dünyəvi dövlətə, dünyəviliyə qarşı cəhdlər, tendensiyalar zəif də olsa realdır.
"Dövlət-din münasibətlərinin təbliği, gedən proseslərin daha da şəffaflaşdırılması, dini maarifləndirməni gücləndirmə istiqamətində səylər daha da artırmalı, fəaliyyətimizi genişləndirilməli və gücləndirməliyik. Burada həm kəmiyyət, həm keyfiyyət dəyişikliyindən söhbət gedir", - G.İsmayılov əlavə edib.
Oxşar xəbərlər
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Ramin Məmmədov: İlahiyyat İnstitutunun qadın məzunları ölkədə dini təhsilə mühüm töhfələr veriblər
Masallıda “Dini radikalizm: milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçirilib
Dini Komitənin sədri Şəhidlər və Hacı Cavad məscidini ziyarət edib-YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Tramp bildirib ki, İran artıq ABŞ-ni ələ salmayacaq
-
Azərbaycan Kuboku: Cari mövsümdə tamaşaçı sayı son 10 ilin ən yüksək göstəricisi kimi yadda qalıb
-
Tramp: ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etmək istəyir













