Bugün
Qərbi Azərbaycan Xronikası: İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü Qərbi Azərbaycan Xronikası: İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü
Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib
Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir" Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"
Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq
Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib
Fransa Ermənistanı silahlandırmaqda davam edir Fransa Ermənistanı silahlandırmaqda davam edir
Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər” Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”
Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər” Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”
Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub
Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi

21-11-2023, 16:55 97

Moldovada analitik mərkəzin rəhbəri: “Azərbaycanın Ermənistanla birbaşa danışıq təklifi alqışlanandır” Moldovada analitik mərkəzin rəhbəri: “Azərbaycanın Ermənistanla birbaşa danışıq təklifi alqışlanandır” “Azərbaycanın Ermənistan ilə birbaşa, vasitəçisiz sülh danışığı təklifi alqışlanandır”. Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Moldovanın Şərqi Avr

“Azərbaycanın Ermənistan ilə birbaşa, vasitəçisiz sülh danışığı təklifi alqışlanandır”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Moldovanın Şərqi Avropa üzrə “İntellect Group” analitik mərkəzinin rəhbəri Yan Lisnevski bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlərin mürəkkəb qalmasının səbəblərindən biri beynəlxalq güclərin geosiyasi vəziyyəti gərginləşdirməsidir.

“Azərbaycanın Ermənistanla birbaşa sülh danışıqları aparmaq istəyi alqışlanılır. Bu, başqa ölkələrin müdaxiləsi olmadan konstruktiv dialoqun aparılmasına səbəb ola bilər”, - Y.Lisnevski deyib.

O fikrini izah edərək, bildirib ki, vasitəçi ölkələrin bu məsələdə öz maraqları ola bilər və üstəlik, bu maraqlar açıq-aşkar səsləndirilmir.

“Görürük ki, son günlərdə beynəlxalq aktorların fəaliyyəti müsbət nəticə vermir. 2022-ci ildən əvvəl hesab edilirdi ki, fövqəldövlətlər sülh danışıqlarında vasitəçi ola, yardım göstərə bilərlər. Buraya humanitar yardımlar, diplomatik sahədə kömək daxil idi. Amma hazırda bu məsələdə onların nüfuzu azalır. Çünki fövqəldövlətlərin maraqları var və onlar bu münaqişə zonalarından öz maraqları naminə istifadə edirlər”, - o deyib.

Ekspertin sözlərinə görə, Ukraynada hərbi əməliyyatların genişlənməsindən sonra dünyada 40-dan çox münaqişə zonası risk altındadır.

“Həmin münaqişə zonalarında vəziyyət hər an gərginləşə bilər. Buna nümunə olaraq İsraili göstərmək olar. Bundan başqa, Dnestryanı ətrafındakı vəziyyət də gərgindir. Əhali təzyiq altındadır. Burada sabitliyin pozulmaması üçün tərəflər danışıqlar aparmalıdır. Onlar bu danışıqları fövqəldövlətlərin iştirakı olmadan həyata keçirməlidirlər”, - Y. Lisnevski hesab edir.

O qeyd edib ki, böyük dövlətlərin belə danışıqlarda iştirakının müsbət tərəfi odur ki, onlar zəmanət verə, yardım göstərə bilərlər.

“Amma burada əsas məsələ ikili standartlar sisteminin olmamasıdır. Başa düşməliyik ki, qeyri-sabit vəziyyət ciddi təhdidlər yaradır. Bütün ölkələrdəki insanlar artıq son 5 ildir ki, gərgin vəziyyətdə yaşayırlar. Bu dövr ərzində koronovirus pandemiyası yayılıb, müharibələr başlayıb və s. Stress vəziyyəti müxtəlif ölkələrin cəmiyyətlərinə mənfi təsir göstərir. Buraya Moldova, Ermənistan, Azərbaycan, yəni gərginliyin olduğu bütün ölkələr daxildir. Müharibələr hər an başlaya bilər. Amma onların harada başlayacağını proqnozlaşdırmaq çox çətindir” - deyə, o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib ki, erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər.

Azərbaycan XİN noyabrın 21-də bəyanatında Ermənistana birbaşa ikitərəfli görüş keçirməyi təklif edərək, bildirib ki, qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib

Region

Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib

Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib
Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Energetika

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"
Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Energetika

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq
Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib

Region

Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib

Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib
Fransa Ermənistanı silahlandırmaqda davam edir

Region

Fransa Ermənistanı silahlandırmaqda davam edir

Fransa Ermənistanı silahlandırmaqda davam edir
Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”

Region

Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”

Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”
Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”

Region

Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”

Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”
Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub

Biznes

Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub

Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub