Bugün
Qərbi Azərbaycan Xronikası: İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü Qərbi Azərbaycan Xronikası: İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü
Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib
Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir" Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"
Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq
Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib
Fransa Ermənistanı silahlandırmaqda davam edir Fransa Ermənistanı silahlandırmaqda davam edir
Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər” Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”
Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər” Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”
Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub
Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi

21-11-2023, 16:55 65

AFFA-nın vitse-prezidenti: “De Byazi o sözləri deməklə təkcə jurnalistləri yox, hamımızı təhqir edib” – MÜSAHİBƏ AFFA-nın vitse-prezidenti: “De Byazi o sözləri deməklə təkcə jurnalistləri yox, hamımızı təhqir edib” – MÜSAHİBƏ Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub. Yığma son oyununda Belçikaya səfərdə 0:5 hesabı ilə məğlub ol

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.

Yığma son oyununda Belçikaya səfərdə 0:5 hesabı ilə məğlub olub. Həmin qarşılaşmadan sonra keçirilən mətbuat konfransında baş məşqçi Canni De Byazi uğursuzluğun hesabatını vermək əvəzinə, jurnalistlərə qarşı nalayiq ifadələr işlətməklə tənqid obyektinə çevrilib.

AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Report”a müsahibəsində həm millinin seçmə mərhələdəki çıxışını dəyərləndirib, həm də italiyalı mütəxəssisin qeyri-etik davranışına münasibət bildirib.

- Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki çıxışını necə dəyərləndirərdiniz?
- Hər birimiz uğurlu nəticə gözləyirdik, komandanın xal rekordunu yeniləməsini arzulayırdıq. Təəssüf ki, sonluq belə alındı. Baxmayaraq ki, üç gün əvvəl gözəl oyunla İsveçi məğlub etmişdik. Davamını gətirə və istəyimizə nail ola bilmədik.

- Lüksemburqun 17 xal topladığı, Qazaxıstan və Moldovanın şansını son tura qədər saxladığı bir vaxtda Canni De Byazi 5 komandalı qrupda ilk dəfə 4-cü yeri tutmağı uğur kimi qələmə verdi. Bunu həqiqətən də uğur saymaq olar?
- Seçmə mərhələlərdə rekord Robert Prosineçkinin vaxtında toplanan 10 xal idi. Həmin rekordun qırılmasını istəyirdik. Belədə komandanın nəticələrinin mərhələdən-mərhələyə yaxşılaşdığı görünəcəkdi. 5 və ya 6 komanda arasında 4-cü yeri tutmaq isə o qədər də önəmli deyil. Bizim arzumuz odur ki, yığmamız daha yüksək yerlər uğrunda mübarizə aparmaq gücündə olduğunu göstərə bilsin.

- Baş məşqçinin geridə qalan tsikldəki fəaliyyətini necə qiymətləndirmək olar?
- AFFA daxilində bu məsələlər müzakirə olunur, hər kəs öz fikrini bildirir. Bircə onu deyə bilərəm ki, potensialı yüksək olan yığmamıza potensialı tükənən məşqçi rəhbərlik edirdi. Təəssüf ki, bunu görə bilmədik. Vaxtilə hansısa uğurlara imza ata bilər. Ancaq getdikcə gücü tükənirdi. Bu gün müasir futbolla ayaqlaşmaq çox vacibdir.

- Belçika ilə son oyunun ardından baş tutan mətbuat konfransında Canni De Byazinin idman jurnalistlərini axmaq adlandırmasını necə qarşıladınız?
- Bəlkə də həmin vaxt əsəbi olub. Ancaq bu, belə ifadələr işlətməyə səbəb ola bilməz. Hər kəs bir-birinə hörmətlə yanaşmalıdır. Kimisə aşağılamaq, təhqir etmək yolverilməzdir. Bununla bağlı konkret tədbir görülməlidir. Məncə, AFFA İcraiyyə Komitəsinin sabahkı iclasında ciddi qərarlar veriləcək.

- Siz də milli ilə Belçikaya getmişdiniz. Bakıya qayıdanda De Byazi ilə bu barədə söhbət etmək imkanınız olmadı?
- Biz həmin fikirləri hava limanında olarkən eşitdik. Bunu bilən kimi baş katib AFFA-nın adından bütün jurnalistlərdən üzr istədi. Bakıya qayıtdıqdan sonra AFFA rəhbərinə bu məsələ çatdırıldı. Buna görə də sabaha fövqəladə iclas təyin olundu.

- AFFA rəsmisi yox, yerli bir mütəxəssis kimi başqa ölkədən gələn şəxsin azərbaycanlılar barədə bu cür fikirlər səsləndirməsi sizə necə təsir etdi?
- Heç kimin bu cür danışmağa ixtiyarı yoxdur. İstər xaricdən gələn, istərsə də yerli biri olsun, heç kimə Azərbaycan vətəndaşı barədə təhqiramiz ifadələr işlətmək icazəsi verilmir. Buna qarşı qəti tədbir görülməlidir. De Byazi həmin konfransda o sözləri deməklə təkcə jurnalistləri yox, hamımızı təhqir edib. De Byazi burada işlədiyi müddətdə nə futbolçuların, nə futbol ictimaiyyətinin, nə azarkeşlərin, nə də mətbuatın sevgisini qazana bildi. Bu da insani keyfiyyətlərinin göstəricisidir.

- Yəqin ki, Canni De Byazi ilə yollar ayrılacaq. Yenidən bənzər səhvə yol verməmək üçün nələr etmək lazımdır?
- Fikirləşə bilərlər ki, yıxılana “balta vururuq”. Daxildə olan söhbətləri həmişə ictimailəşdirmək də olmur. Bu hadisədən sonra Canni De Byazinin milliyə gəldiyi vaxtlar yadıma düşdü. 2020-ci ildə də tam razılıqla yığmaya gəlməmişdi. 8:5 say üstünlüyü ilə təyinatı gerçəkləşmişdi. Daha sonra müqaviləsi yenilənəndə ona çox sərt 3-4 sual ünvanlamışdım. Hələ onda demişdim ki, uğur qazanmaq üçün məşqçi ilə futbolçu münasibətləri möhkəm olmalıdır. Ancaq bildirdilər ki, bütün futbolçular De Byazinin qalmasının tərəfdarıdırlar. Bu ilin martında Avstriya və İsveçə qarşı səfər oyunlarındakı ağır məğlubiyyətlərdən sonra De Byazi ilə mübahisəmiz yaranmışdı. Bəlkə də həmin vaxt sərt qərar qəbul etməli idik.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib

Region

Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib

Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib
Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Energetika

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"
Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Energetika

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq
Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib

Region

Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib

Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib
Fransa Ermənistanı silahlandırmaqda davam edir

Region

Fransa Ermənistanı silahlandırmaqda davam edir

Fransa Ermənistanı silahlandırmaqda davam edir
Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”

Region

Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”

Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”
Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”

Region

Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”

Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”
Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub

Biznes

Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub

Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub