Bugün
Qərbi Azərbaycan Xronikası: İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü Qərbi Azərbaycan Xronikası: İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü
Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib
Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir" Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"
Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq
Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib
Fransa Ermənistanı silahlandırmaqda davam edir Fransa Ermənistanı silahlandırmaqda davam edir
Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər” Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”
Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər” Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”
Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub
Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi

21-11-2023, 18:55 111

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçiriləcək Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçiriləcək Naxçıvan şəhərində 23-24 noyabr tarixlərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçiriləcək.

Naxçıvan şəhərində 23-24 noyabr tarixlərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçiriləcək.

"Report"un yerli bürosu xəbər verir ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycan mahnıları və folklor nümunələrindən ibarət konsert proqramı, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlər yer alacaq. Qərbi Azərbaycandan olan, muxtar respublikada yaşayan sakinlər ilk dəfə olaraq bir araya gələcək, ilk görüşləri keçiriləcək.

Məlumat üçün bildirək ki, konsert proqramında Naxçıvan Dövlət Universitetinin Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Əməkdar artist Gülyanaq Məmmədova ilk dəfə olaraq Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyevin müəllifi olduğu “İrəvan” və “Naxçıvan” şikəstələrini ifa edəcək.

Festivalda “İrəvan mətbəxi” kulinariya sərgisi təşkil olunacaq. İrəvan mətbəxinə dair 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarük yemək növü, 13 növdə müxtəlif çay nümunələri nümayiş olunacaq.

Qərbi Azərbaycan nümayəndə heyətinin Ordubad və Çalxanqalaya səfərləri təşkil olunacaq. Qərbi Azərbaycana həsr olunmuş “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin sədri Nurlana Hacıyevanın layihə rəhbəri olduğu “Yada daşı”, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə hazırlanan ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Quliyev olan “Nəsil ağacı” sənədli filmləri nümayiş etdiriləcək.
Festivalda həmçinin Qərbi Azərbaycana aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri sərgilənəcək.

Qeyd edək ki, festival-konqresə aid bütün məlumatların ictimaiyyətə daha əlçatan olması məqsədilə https://qacon23.ndu.edu.az/ saytı yaradılıb.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib

Region

Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib

Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib
Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Energetika

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"
Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Energetika

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq
Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib

Region

Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib

Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib
Fransa Ermənistanı silahlandırmaqda davam edir

Region

Fransa Ermənistanı silahlandırmaqda davam edir

Fransa Ermənistanı silahlandırmaqda davam edir
Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”

Region

Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”

Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər”
Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”

Region

Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”

Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”
Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub

Biznes

Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub

Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub