Bugün
Türkiyənin tanınmış yazıçısı vəfat edib Türkiyənin tanınmış yazıçısı vəfat edib
Sergey Markov: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır Sergey Markov: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır
AK Parti rəsmisi: Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək AK Parti rəsmisi: Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək
Türkiyənin yeddi vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib, həbs olunanlar var Türkiyənin yeddi vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib, həbs olunanlar var
Baş nazir: Zurabişvilinin "Xarici agentlər haqqında" qanuna qarşı iddiasının heç bir perspektivi olmayacaq Baş nazir: Zurabişvilinin "Xarici agentlər haqqında" qanuna qarşı iddiasının heç bir perspektivi olmayacaq
Ukrayna səfiri Türkiyəni digər vasitəçilərə nümunə göstərib: Güclü olmaq şərtdir Ukrayna səfiri Türkiyəni digər vasitəçilərə nümunə göstərib: Güclü olmaq şərtdir
Kobaxidze: Gürcüstan siyasətində “qara pullar" var Kobaxidze: Gürcüstan siyasətində “qara pullar" var
Ağrıdağda itkin düşən alpinistlərin meyitləri tapılıb Ağrıdağda itkin düşən alpinistlərin meyitləri tapılıb
Azərbaycanda KOB-lara reklam məsələsində imtiyaz və güzəştlərin verilməsi təklif olunur Azərbaycanda KOB-lara reklam məsələsində imtiyaz və güzəştlərin verilməsi təklif olunur
Xəzəryanı ölkələr birgə təlim keçirir Xəzəryanı ölkələr birgə təlim keçirir

28-11-2023, 23:50 253

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - VİDEO Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - VİDEO
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Zəngəzur boyunca və əsasən də sərhəd kəndləri sürətlə boşalır” adlı veriliş efirə gedib.

Verilişdə Zəngəzur boyunca və əsasən Ermənistanın Azərbaycanla sərhəd kəndlərin sürətlə boşalmasından, rəsmi İrəvanın Qarabağdan köçən erməniləri Zəngəzur boyunca yerləşdirmək istəyindən, ağır iqtisadi və sosial vəziyyətə görə gələn ermənilərin daha çox xarici ölkələrə üz tutmasından bəhs olunur.

Bildirilir ki, müharibədən istifadə edib sərhəddə Azərbaycan kəndlərinin torpaqlarını istifadə edən ermənilər indi bu əraziləri tərk edirlər:

“Əslində bu ərazilər 1991-ci ilə qədər Azərbaycanın olub və buna siyasi don geyindirməklə ermənilər iqtisadi böhranın mahiyyətini gizlətməyə cəhd edirlər”.

Verilişdə Qafanın Çakaten kəndinin sakinləri ağır həyatları, sosial vəziyyətlərinin çətinliyini erməni jurnalistinin reportajında dilə gətirilir. Onların sözlərinə görə, gənclər kəndi çoxdan tərk ediblər, köçün səbəbi işsizlikdir, burada ancaq yaşlı insanlar qalıblar.

Qeyd olunur ki, Ermənistanda ciddi müzakirə olunan mövzu Azərbaycan anklavlarının qaytarılmasıdır. Söhbət Qazax rayonunun Yeddi kəndi və Naxçıvan Kərki kəndindən gedir. Kərki Şimaldan Cənuba doğru uzanan əsas magistral yolunun üstündə yerləşdiyi üçün böyük strateji əhəmiyyət kəsb edir.

Son vaxtlar 2020-ci ildə köçmüş Qarabağ ermənilərini bu kəndə yerləşdiriblər. Halbuki bütün dövrlərdə bu kəndlərdə azərbaycanlılar yaşayıblar. 1991-ci ildən səkkiz kəndi işğal edən Ermənistan buraya erməniləri yerləşdirib. Müzakirələrin qızışdığı bir vaxtda erməni jurnalistlər Kərki kəndində vaxtaşırı olub sakinlərin bu kəndin Azərbaycana qaytarılması məsələsinə münasibət öyrənirlər.

Ermənilər Kərki kəndinin adını dəyişib Tiqranaşen qoymaqla kəndi qaytarmaq istəmədiklərini bildirirlər:

“Adamlar 30 ildir bu kənddə yaşayırlar. Biz özümüzə hər cür şərait yaratmışıq, hara gedək?! İndi hakimiyyət bu balaca kəndi saxlaya bilmirsə, İrəvanı necə saxlayacaq?! Tamamilə məyus olmuşuq. Ailəm ilə birlikdə kimsəsiz adaya köçməyi arzu edirəm. Bizim hakimiyyət Qarabağı təhvil verdi. Mən də qarabağdanam. Hamımız bomj statusuna düşmüşük. Ölkədəki vəziyyət dəhşətlidir siz hansı sülhdən danışırsınız?! Bu reallıqda yaşamaqdansa ölmək yaxşıdır. Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə! Hamımız Ermənistanı tərk edəcəyik”.

Sonda vurğulanır ki, onilliklər boyunca yalan vədlər verən, düşmənçilik hissi ilə yaşayan ermənilərə baxmayaraq, sülh istəyənlərin də sayı az deyil:

“Anklavların qaytarılması ilə bərabər Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı məsələsini erməni ictimaiyyətinin qəbul edəcəyi gerçəklikdir. Əks halda regionda tam sülh və dinc yaşama cəhdləri bəhrə verməyəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Far.Az
VİDEO
Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Azərbaycanlı hakim Avro Çimərlik Futbolu Liqasında final matçını idarə edəcək

Futbol

Azərbaycanlı hakim Avro Çimərlik Futbolu Liqasında final matçını idarə edəcək

Azərbaycanlı hakim Avro Çimərlik Futbolu Liqasında final matçını idarə edəcək
Belqorod vilayətinin kəndi atəşə tutulub, 9 nəfər yaralanıb

Region

Belqorod vilayətinin kəndi atəşə tutulub, 9 nəfər yaralanıb

Belqorod vilayətinin kəndi atəşə tutulub, 9 nəfər yaralanıb
"Kəpəz" albaniyalı futbolçu ilə müqavilə bağlayıb

Futbol

"Kəpəz" albaniyalı futbolçu ilə müqavilə bağlayıb

"Kəpəz" albaniyalı futbolçu ilə müqavilə bağlayıb
Rusiyada zəncirvari qəzada üç nəfər ölüb

Region

Rusiyada zəncirvari qəzada üç nəfər ölüb

Rusiyada zəncirvari qəzada üç nəfər ölüb
Prezident: Yaşıl enerji ilə bağlı bir çox məqamlar insanları və qərar qəbul edənləri düşünməyə vadar edir

Energetika

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Energetika

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir
Prezident: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb

Futbol

"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb

"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb