Bahar Muradova: Din xadimləri erkən və qohumlararası nikahın mənfi nəticələrinə dair məlumatlandırmada geniş iştirak etməlidir
Far.Az xəbər saytı

Bahar Muradova: Din xadimləri erkən və qohumlararası nikahın mənfi nəticələrinə dair məlumatlandırmada geniş iştirak etməlidir


Dini təhsil müəssisələrində erkən və qohumlararası nikahın mənfi nəticələrinə dair məlumatlılığın artırılmasında din xadimlərinin geniş iştirakı şərtdir.

"Far.Az" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, radikal dini təsirlərin qarşısını almaq üçün cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də uşaqlar və gənclər arasında düzgün dini savadlılığın artırılması diqqətdə saxlanılmalı, aidiyyəti dövlət orqanları maarifləndirici tədbirlərə üstünlük verməlidirlər:

"Müvafiq dövlət orqanları arasında əlaqələndirilmiş maarifləndirmə proqramlarnın icrası ilə yanaşı, qadınların hüquqlarının təmin edilməsinə, onların ailədə və cəmiyyətdə getdikcə artan roluna uyğun mövqelərə əlçatanlığının təmin olması üçün dinlərin mütərəqqi mesajları da geniş təbliğ edilməlidir".

B.Muradova bildirib ki, dini maarifləndirmə qadınların təhsili və iqtisadi gücləndirilməsi imkanlarının artırılmasına dair məlumatlandırılmasında da istifadə edilə bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bahar Muradova Beynəlxalq Qadınlar Forumunda çıxış edib - YENİLƏNİB
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər