Ramazan ayı təqvimi 2020

ONLAYN: 12

Qonaq: 875 Cəmi: 890
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 129
Cəmi: 5415
amon
Xəbər 39
Cəmi: 831
JokeR
Xəbər 28
Cəmi: 57
Avara_Şair
Xəbər 26
Cəmi: 1538
Xaliq
Xəbər 14
Cəmi: 313
ODiNoKiY_VoLK
Xəbər 10
Cəmi: 330
GozeLoV
Xəbər 7
Cəmi: 7
Dear
Xəbər 6
Cəmi: 66
_AzƏrİ_QıZı_
Xəbər 4
Cəmi: 25
Sensiz darixiram
Xəbər 3
Cəmi: 90

Son Hədiyyə

Göndərilmiş hediyyə
khaliloff » RoManTiK ogLaN

Mesaj: Salam bidene tcili yazin mene isim var

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sistem » 479,4 Min
4) Sol Meleyim » 455,9 Min
5) Avara_Şair » 395,5 Min
6) Sensiz darixiram » 393,7 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 223,1 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) poppy » 144 Min
12) amon » 142,5 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) pandisim » 82,8 Min
17) sessiz musiqim » 81,8 Min
18) _Uğurböceyi_ » 79,8 Min
19) Ümidli gözəl » 78,2 Min
20) Love Angel » 77,1 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Elnare
Şərh: 201
Cəmi: 1738
Sensiz darixiram
Şərh: 154
Cəmi: 3958
Kənan Heydərov
Şərh: 55
Cəmi: 7772
amon
Şərh: 46
Cəmi: 791
Dear
Şərh: 33
Cəmi: 1149
JokeR
Şərh: 27
Cəmi: 71
_AzƏrİ_QıZı_
Şərh: 22
Cəmi: 191
V_L
Şərh: 17
Cəmi: 52
susan
Şərh: 13
Cəmi: 13
Avara_Şair
Şərh: 12
Cəmi: 326

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 731
Cəmi: 1158
GozeLoV
Bugün 1015
Cəmi: 1126
JokeR
Bugün 812
Cəmi: 842
Sensiz darixiram
Bugün 562
Cəmi: 582
amon
Bugün 228
Cəmi: 310
Elnare
Bugün 245
Cəmi: 245
Avara_Şair
Bugün 77
Cəmi: 244
Ümidli gözəl
Bugün 146
Cəmi: 189
_O.R.X.A.N_
Bugün 135
Cəmi: 136
_AzƏrİ_QıZı_
Bugün 115
Cəmi: 116

Reklam

Bir dəfə klik edin
Azərbaycan musiqisi
Azərbaycan Yüklə
Azərbaycan musiqisi
Azərbaycan musiqisi


Musiqi həyatımın ayrılmaz hissəsidir. Musiqinin ovsunlayıcı qüvvəsini, insan həyatındakı rolunu, təsirini lap uşaqlıq vaxtlarından duymuşam, hiss etmişəm. Mənim “musiqi məktəbim” də, “musiqi akademiyam” da radio olub. Ona görə də məni musiqi aləminə qovuşdurduğu üçün radioya minnətdaram.

Keçən əsrin əllinci illərinin əvvəllərində Ağcabədidə şəxsi evlərin radiolaşdırılmasına başlandı və tezliklə hər bir evdən radionun mübarək səsi gəldi. O zaman radioda öz işini sevən professionallar çalışırdılar. Radio, musiqinin əsl təbliğatçısına çevrilmişdi. Hər radio dinləyicisi öz zövqünə uyğun musiqi eşidə bilirdi.

Yeri gəlmişkən, deyim ki, musiqi təbliğatı televiziyalarda daha uğurlu alınardı, çünki burada dinləyici həm görür, həm də eşidir. Təəssüf ki, telekanallar (“Mədəniyyət” kanalı istisna olmaq şərtilə) kommersiyaya aludə (onları səviyyəsiz şoular, mənasız verilişlər, bayağı, əttökən musiqinin təbliği daha çox maraqlandırır) olduqlarından onlardan əsl musiqinin təbliğini gözləmək yersizdir.

Mən, hər yazımı yazanda, özümə sual verirəm: mənim buna haqqım varmı? Musiqi təhsili olmayan bir adamın musiqi haqqında danışmağa, yazmağa haqqı çatırmı? Özüm də cavab verirəm ki, musiqidən yazmaq üçün heç də bu sahədə professional olmağa ehtiyac yoxdur. Musiqi haqqında sıravi dinləyicinin subyektiv, yalnız ona aid olan fikirlərini bilmək daha maraqlıdır. Odur ki, özümə haqq qazandırıb musiqi haqqında yazmaq istəyirəm. Nədən başlamalı? Əlbəttə, Azərbaycan musiqisindən. Ona görə yox ki, özümüzünküdür. Ona görə ki, Azərbaycan musiqisi dünya musiqisində özünün ləyaqətli, şərəfli yerini tutub. Musiqinin elə bir janrı yoxdur ki, Azərbaycan orada öz sözünü deməsin.

Azərbaycan musiqisindən danışanda, şübhəsiz, öncə dahi Üzeyir Hacıbəyli göz önünə gəlir. Əbəs deyil ki, ona Azərbaycan klassik musiqisinin banisi deyirlər.

Orta və ali məktəblərin buraxılış siniflərinin şagirdləri, tələbələri üçün hazırlanan vinetka kimi bir vinetka “Azərbaycan musiqi məktəbi” üçün düzəltsəydik, “direktorun”, “rektorun” (bu şəxslər vinetkanın yuxarısında, ortada, başqalarından daha böyük yer tuturlar) yerində əlbəttə ki, Üzeyir Hacıbəylinin şəkli verilərdi. Buna nə dünya şöhrətli Qara Qarayev, Fikrət Əmirov, nə maestro Niyazi, nə də sağlığında klassik səviyyəsinə yüksəlmiş Arif Məlikov etiraz edərdi. Çünki Üzeyir Hacıbəyli müəllimlərin müəllimi idi.

Üzeyir Hacıbəylinin yaradıcılığına, yaratdıqlarına, gördüyü işlərə nəzər saldıqda, araşdırdıqda, heyrətlənməyə bilmirsən. Bu şəxsin tarixi nöqteyi-nəzərdən qısa bir müddətdə Azərbaycan musiqisinə gətirdiyi inqilabi yeniliklər öz həcminə, əhəmiyyətinə görə yerə-göyə sığmır. O, həm dahi bəstəkar kimi musiqinin bütün janrlarında şedevr əsərlər yaradıb, həm də istedadlı təşkilatçı kimi musiqimizi təşkilatlandırıb, librettolar yazıb, millətin maariflənməsində, mədəniyyətimizdə müstəsna rol oynayıb.


Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O, olmasın, bu olsun” operettaları yüz ildir ki, səhnələrdən düşmür. “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları ilə o, Şərqdə ilk opera yaratdı. Bu operalar muğamlar üzərində qurulmuşdu, Azərbaycan musiqi alətlərindən istifadə olunurdu. O dövrün dinləyiciləri, tamaşaçıları üçün bu, daha başa münasib idi. Lakin bu operalardakı bəzi musiqi parçaları, xorlar Qərbyönlü operanın tezliklə yaranacağına bir işarə idi. Doğrudan da, çox keçmədi ki, klassik Qərb operaları üslubunda möhtəşəm “Koroğlu” operası yarandı. Operanın əzəmətli uvertürası illər sonra Vətənimizin ikinci himninə çevrildi. Həm sovetlər dövründə Azərbaycan SSRİ-nin, həm də müstəqil respublikamızın dövlət himninin musiqisinin Üzeyir bəy tərəfindən yazılması da onun qüdrətindən xəbər verir. O, böyük novator idi. Dövlət xalq çalğı alətləri orkestrini, Dövlət simfonik orkestrini yaratdı, onlar üçün ilk olaraq əsərlər yazdı (1,2 saylı fantaziyalar, “Arazbarı” və s.). Müslüm Maqomayev və başqaları da yeni yaranmış orkestrlər üçün musiqi bəstələdilər.

Şedevr romanslar (Azərbaycan musiqisi üçün yeni janr) da (“Sənsiz”, “Sevgili canan”) Üzeyir bəyin musiqimizə töhfəsi idi.

Özümə sual verirəm: nədən Üzeyir bəy klassik janr olan simfoniyalar yaratmayıb. Özüm də cavab verirəm: Üzeyir Hacıbəyli Azərbaycan klassik musiqisinin bünövrəsini qoymaq və bu bünövrəni möhkəmlətməklə məşğul idi. Simfoniyaların da növbəsi gələcəkdi. Axı, onun yaradıcılıq istedadının həddi-hüdudu yox idi. Onun simfoniyalar yaratmağa qüdrəti çatırdı. Təkcə “Koroğlu” operasının uvertürasını dinləməklə bu qənaətə gəlmək olar. Bu uvertüra özü bütöv bir simfoniyaya bərabər musiqidir. Uvertüradan görünür ki, Üzeyir bəy Bethoven tipli simfoniyalar yaradacaqdı, əzəmətli, təntənəli, qəhrəmanlıq əsərləri. Çox heyf ki, ömür imkan vermədi. Çox əsərləri yarımçıq qaldı, yazmağı planlaşdırdığı əsərlər yazılmamış qaldı. Xoşbəxtlik onda idi ki, Üzeyir bəyin istedadlı şagirdləri öz sözlərini deməyə başlamışdılar. Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Rauf Hacıyev, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov və başqaları öz ustadlarının arzularını şərəflə yerinə yetirirdilər.

Qara Qarayevin dünyaya səs salmış “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, simfonik əsərləri, Cövdət Hacıyevin simfoniyaları, dünya şöhrətli dirijor Niyazinin “Rast” simfonik muğamı, Fikrət Əmirovun “Sevil” operası, “Min bir gecə” baleti, “Şur”, “Kürd-ovşarı” simfonik muğamları, Rauf Hacıyevin operettaları, Tofiq Quliyevin unudulmaz mahnıları, Cahangir Cahangirovun simfonik əsərləri, mahnıları, Arif Məlikovun səhnələrdən düşməyən baletləri, simfoniyaları göstərdi ki, Üzeyir bəyin bünövrəsini qoyduğu Azərbaycan klassik musiqisi etibarlı əllərdədir.

Sonrakı bəstəkarlar nəsli Vasif Adıgözəlov, Şəfiqə Axundova, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, Tofiq Bakıxanov, Emin Sabitoğlu, Cavanşir Quliyev, Eldar Mansurov və başqaları öz yaradıcılıqları ilə sübut etdilər ki, Azərbaycan musiqisi dünya musiqisində öz ləyaqətli yerini həmişə qoruyub saxlayacaq.

Əlbəttə, Azərbaycan musiqisi bu yazdıqlarımla bitmir. Axı, bizim muğam kimi bir xəzinəmiz var.


Mən dünyaya gözümü muğamla açmışam, çünki Qarabağda, Ağcabədidə doğulmuşam. O dövrlərdə nəinki ustad xanəndələr, hətta, adi toy xanəndələri klassik muğam oxuyurdular, uşaqdan böyüyə qədər hamı muğamı dəyərləndirə bilirdi, ifasında xətalar olan xanəndəyə qulaq asmazdılar. Düzdür, indiki dövrdə də muğamı qəlbən sevən, onu qiymətləndirməyi bacaran insanlar çoxdur. Nardaran kəndində Yaqub Məmmədovla bağlı baş vermiş hadisə o dərəcədə fövqəladə bir hadisədir ki, onun haqqında təkrar-təkrar danışmağa, yazmağa dəyər.

Yaqub Məmmədov Nardarana toya xanəndə kimi dəvət olunur (bu kənddə hər xanəndəni toya dəvət etməzlər). Yaqub Məmmədov toyun əvvəlindəcə “Cahargah” dəsgahını oxuyur. Xanəndənin ifası toy iştirakçılarını heyrətə gətirir, ovsunlayır. Şokdan çıxan masabəyi toy əhlinə müraciətlə: “Mən inanmıram ki, bu gecə bu möcüzə ifadan sonra ona bənzər nəsə eşidək. Yaqubun ilahi ifası beynimizə həkk olundu. Odur ki, bu ovsunlu halımızı pozmamaq üçün toyu bağlı elan edirəm”. Etiraz edən tapılmır.

Bu, Nardaran camaatının Muğama, Yaqub səsinə, ifasına olan sevgisinin, onu qiymətləndirmək bacarığının nə dərəcədə yüksək olduğunun sübutudur.

Yol maşını ilə Ağcabədiyə gedirdim. Maşın yola düşən kimi sürücü maqnitofonu işə saldı. Kimsə kiminsə ata, ana, bacı, qardaş haqqında yazdığı əttökən, səviyyəsiz şeirləri üstündə guya muğam oxuyurdu. Əslində isə, o cılız səsi ilə ağı deyirdi, mərsiyə deyirdi (mənim muğam ifasına utanc gətirən, səviyyəsiz mahnı ifaçıları barədə “Musiqi terrorizmi” adlı yazım dərc olunub). Bu “şedevr”ə qulaq asmaq məcburiyyətində idim. Lakin artıq dözə bilməyib sürücüyə müraciətlə:

– Ağcabədilisən?

– Bəli.

– Lap köklü ağcabədili?

– Bəli.

– Amma inanmağım gəlmir.

– Niyə ki?


– İnana bilmirəm ki, köklü ağcabədili belə bir səviyyəsiz “musiqi”yə qulaq asa bilsin. Ə, Mütəllim Mütəllimov, Yaqub Məmmədov kimi korifeylərinə qulaq asmış bir adam bu cür “zibil musiqi”yə necə qulaq asa bilər?

– Müəllim, onların hər ikisinin, Xan Şuşinskinin, Arif Babayevin, Dədə-Süleymanın kasetləri, diskləri məndə çoxdan var, elə burada olanları da var. Amma mən onlara evdə qulaq asıram, maşında isə müasir sərnişinlərin zövqünü nəzərə alıb, Sizin “zibil musiqi” adlandırdığınız “musiqi”ni səsləndirməli oluram – deyib, Mütəllim Mütəllimovun “Segah”ını səsləndirdi.

Sürücü haqlıdır. İndi səviyyəsiz, insanların musiqi zövqünü korlayan “musiqi”nin təbliği onun çoxsaylı həvəskarlarını, dinləyicilərini yaradıb. Hər yüz metrdən bir 2-3 kv. metrlik budkalara sığınıb güclü səsgücləndiricilərlə havanın ruhunu çirkləndirən, saysız-hesabsız antimusiqi təbliğatı aparanların tələsinə düşmək reallıqdır.

Son dövrlər dövlət tərəfindən muğamlarımızın təbliği, yeni istedadlı muğam ifaçılarının üzə çıxarılması üçün böyük işlər görülüb. Təəssüf ki, bu antimusiqi mərkəzlər də ilbəil öz təbliğatını genişləndirir və etiraf etməliyik ki, bu təbliğat nəticəsiz qalmır.

Ən məşhur xanəndə belə bütün müğamlarımızı eyni səviyyədə oxuya bilməz. İfa üçün mühitin də böyük təsiri var. Hər xanəndə bir-iki muğamı müəyyən mühitdə tam başqa səviyyədə oxuyur. Məsələn, Xan Şuşinskinin “Mirzə Hüseyn” segahı, “Şahnaz”ı, Mütəllim Mütəllimovun “Segah”ı, Ağabala Abdullayevin “Zabul”u, Əlibaba Məmmədovun “Humayun”u, Yaqub Məmmədovun “Cahargah”ı, xüsusilə “Mənsuriyyə”si inanılmaz bir səviyyədə oxunur. Odur ki, belə ifaları Qızıl fonda daxil edib etalon kimi saxlamaq lazımdır.

Deyilənə görə, Xan Şuşinski “Mirzə Hüseyn segahı”nı oxuyanda, o qədər təsirli oxuyarmış ki, məclis iştirakçıları, hətta özü də ağlayarmış. Amma mənə görə, bu göz yaşları qəbiristanlıq, yas məclisində axıdılan göz yaşları deyil. Mən də Xanın bu ifasına, Mütəllim Mütəllimovun “Segah”ına qulaq asanda, sentimentallaşıram, qüssələnirəm, qəhərlənirəm, gözlərim yaşarır, lakin dünyadan əlimi üzmürəm, əksinə, bu ilahi səslərə, fantastik ifalara qulaq asmaq üçün yaşamaq istəyirəm, Allahımdan məni bu cür musiqi aləmindən məhrum etməməyi diləyirəm.

Mənim üçün Yaqub Məmmədovun “Mənsuriyyə”si Bethovenin doqquzuncu simfoniyası kimi əzəmətli, möhtəşəm səslənir.

Fikrət Əmirov simfonik muğam janrı yaratmaqla muğamı dünyaya yaydı. Onun simfonik muğamları dünyanın ən məşhur orkestrlərinin repertuarında yer aldı. Mən Fikrət Əmirovun “Kürd-ovşarı” simfonik muğamına maestro Niyazinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında qulaq asmışam. Dünya şöhrətli Filadelfiya filarmoniyası simfonik orkestrinin, bu yaxınlarda, Qəbələdə musiqi festivalında Böyük Britaniya Krallığı simfonik orkestrinin ifasında əcnəbi musiqiçilərinin Azərbaycan musiqisini ideal səsləndirməsinə heyran qalmışam.

Alim Qasımov öz novatorluğu, ifa üslubu ilə muğamlarımızı əcnəbi millətlərə sevdirə bildi.

Xoşbəxtliyimiz ondadır ki, həyatdan gedən korifey xanəndələrimizin, ustadlarımızın yerləri boş qalmır, onlara layiq gənc nəsil yetişir.

Bizim operalarımız, baletlərimiz, operettalarımızla yanaşı, zəngin kino musiqimiz, dram əsərlərinə, televerilişlərə yazılmış musiqimiz var. Mənə elə gəlir ki, bu tipli musiqini yazmaq müəllifdən xüsusi istedad tələb edir, çünki onun musiqisi ssenaridən, librettodan, süjetdən asılı olur, o, müəyyən sifarişi yerinə yetirmək məcburiyyətindədir. Sifarişlə yüksək səviyyəli musiqi yazmaq isə hər bəstəkarın işi deyil. Bu sahədə Qara Qarayevin, Tofiq Quliyevin, Arif Məlikovun, Polad Bülbüloğlunun, Cavanşir Quliyevin, Emin Sabitoğlunun, Eldar Mansurovun və başqalarının nailiyyətləri göz qabağındadır. Onların bu səpkidə yazdığı musiqi parçaları, mahnıları dillər əzbəridir.

Xəlil Məcidoğlu "Musiqi haqqında"

Dostlarınızla paylaşın

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.