Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti "Twitter"də bildirib.
Mişelin sözlərinə görə, telefon danışığı zamanı o, Aİ-nin Qazaxıstanla daha möhkəm əlaqələrə sadiq olduğunu bildirib.
"Bugünkü geostrateji mühitdə Qazaxıstan açardır", - Aİ lideri vurğulayıb.
Aİ Şurasının Prezidenti əlavə edib ki, tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsini də müzakirə ediblər.
“Aİ Qazaxıstandakı islahatları və onların dərinləşməsini dəstəkləyir”, - Şarl Mişel əlavə edib.