İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
Prezident İlham Əliyev müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib.
"Report" xəbər verir ki, ölkəmizin bütün xristian icmasına cansağlığı və xoşbəxtlik arzulayan dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına qlobal miqyasda dəstək göstərilməsi apardığımız siyasətin başlıca istiqamətlərindəndir.
Cəmiyyətimizdə demokratik, hüquqi dövlətçilik prinsipləri, mütərəqqi dövlət – din münasibətləri bərqərar edilmişdir. Nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir. Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər”.
Yeniliyin, gələcəyə inamın, insanlar arasında xeyirxahlıq və şəfqət duyğularının rəmzi olan Milad bayramının hər il Azərbaycanda təntənə ilə qeyd edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib: “Qoy bu əziz bayram ailələrinizə sevinc və səadət, süfrələrinizə bol ruzi-bərəkət gətirsin”.
Oxşar xəbərlər
“Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusundakı beynəlxalq konfrans işini yekunlaşdırıb - YENİLƏNİB
Mehriban Əliyevanın doğum günüdür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Bakıda sürücülər üçün 40 manatlıq "tələ"













