BDU-nun “Gənc istedadlar” liseyinin müəllimi vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin informatika müəllimi Zəhra Qasımova vəfat edib.
Bu barədə “Far.Az”a BDU-dan bildirilib.
Z.Qasımova 1971-ci il dekabrın 5-də Bakı şəhərində anadan olub. 1978-1988-ci illərdə Binəqədi rayonu 102 nömrəli tam orta məktəbdə, 1989-1994-cü illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1995-ci ildə BDU-nun Fizika fakültəsində laborant kimi əmək fəaliyyətinə başlayıb. 1999-2005-ci illərdə “Ozon generatorları” elmi-tədqiqat laboratoriyasının baş laborantı vəzifəsində çalışıb. 2007-ci ildən bu günədək BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin informatika müəllimi kimi fəaliyyət göstərib. O, həm də 2005-ci ildən BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin böyük laborantı vəzifəsində işləyirdi.
BDU rəhbərliyi və kollektivi Zəhra Qasımovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
BDU-nun dosenti Nizami Süleymanov vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













