Bugün
Ərdoğan Orbanla müdafiə sahəsini müzakirə edib Ərdoğan Orbanla müdafiə sahəsini müzakirə edib
Bolqarıstan Rusiyadan neft idxalını vaxtından əvvəl dayandırıb Bolqarıstan Rusiyadan neft idxalını vaxtından əvvəl dayandırıb
BP-nin vitse-prezidenti: “Səngəçal terminalının karbonsuzlaşdırılması yalnız ilk addımdır” BP-nin vitse-prezidenti: “Səngəçal terminalının karbonsuzlaşdırılması yalnız ilk addımdır”
“WindEurope”un rəhbəri: “Azərbaycanla əldə olunan razılaşma “yaşıl” enerji sahəsində yeni perspektivlər açır” “WindEurope”un rəhbəri: “Azərbaycanla əldə olunan razılaşma “yaşıl” enerji sahəsində yeni perspektivlər açır”
Azərbaycan və Moldova neft-qaz sahəsində əməkdaşlığı genişləndirir Azərbaycan və Moldova neft-qaz sahəsində əməkdaşlığı genişləndirir
Kadri Simson: "Azərbaycan Aİ-nin qaz bazarını sabitləşdirəcək" Kadri Simson: "Azərbaycan Aİ-nin qaz bazarını sabitləşdirəcək"
Nazir: "SGC Məşvərət Şurasının tarixində ən böyük iclası keçirildi" Nazir: "SGC Məşvərət Şurasının tarixində ən böyük iclası keçirildi"
​​​​​​​Kadri Simson: "Aİ enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır" ​​​​​​​Kadri Simson: "Aİ enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır"
BP-nin vitse-prezidenti: “Azərbaycanda yeni qaz ehtiyatları barədə əldə edilən məlumatlar ümidverici görünür” BP-nin vitse-prezidenti: “Azərbaycanda yeni qaz ehtiyatları barədə əldə edilən məlumatlar ümidverici görünür”
Fuad Nəcəfli: "Naxçıvanda dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkarlanıb" Fuad Nəcəfli: "Naxçıvanda dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkarlanıb"

13-02-2024, 13:55 65

Ötən ay “Abşeron” yatağından kondensat hasilatının həcmi açıqlanıb Ötən ay “Abşeron” yatağından kondensat hasilatının həcmi açıqlanıb Xəzər dənizində Şahdəniz yatağından sonra ikinci ən böyük qaz-kondensat yatağı olan “Abşeron”dan ötən ay 50 min ton kondensat hasil edilib. “Report”

Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci ən böyük qaz-kondensat yatağı olan “Abşeron”dan ötən ay 50 min ton kondensat hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Ümumiyyətlə, bu ilin yanvar ayında Azərbaycanda 2,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 0,2 milyon ton və ya 7,41 % azdır.

Bildirilir ki, respublika üzrə neft hasilatının 1,4 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun payına düşüb. Bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə AÇG üzrə neft hasilatı 0,2 milyon ton və ya 12,5 % azalıb.

“Şahdəniz” yatağından 0,4 milyon ton kondensat hasil edilib. Bu isə 2023-cü ilin yanvar ayının hasilat göstəricisi ilə müqayisədə eyni səviyyədə qalıb.

“Abşeron” yatağından hasilat isə ötən ilin iyul ayından başlanılıb.

Yanvarda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə eyni səviyyədədir.

Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.

Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: Səhər bir, axşam bir söz deyən Paşinyanın gizli planı

Region

Qərbi Azərbaycan Xronikası: Səhər bir, axşam bir söz deyən Paşinyanın gizli planı

Qərbi Azərbaycan Xronikası: Səhər bir, axşam bir söz deyən Paşinyanın gizli planı
Sabah Azərbaycanın 27 kəndində qaz təchizatında fasilə yaranacaq

Energetika

Sabah Azərbaycanın 27 kəndində qaz təchizatında fasilə yaranacaq

Sabah Azərbaycanın 27 kəndində qaz təchizatında fasilə yaranacaq
Azərbaycan Aİ ilə investisiyaların prioritetləşdirilməsini müzakirə edib

Biznes

Azərbaycan Aİ ilə investisiyaların prioritetləşdirilməsini müzakirə edib

Azərbaycan Aİ ilə investisiyaların prioritetləşdirilməsini müzakirə edib
“ACWA Power” Azərbaycanda külək stansiyasının tikintisini sürətləndirəcək

Energetika

“ACWA Power” Azərbaycanda külək stansiyasının tikintisini sürətləndirəcək

“ACWA Power” Azərbaycanda külək stansiyasının tikintisini sürətləndirəcək
Azərbaycandakı külək elektrik stansiyası layihəsinin icra vəziyyəti müzakirə edilib

Energetika

Azərbaycandakı külək elektrik stansiyası layihəsinin icra vəziyyəti müzakirə edilib

Azərbaycandakı külək elektrik stansiyası layihəsinin icra vəziyyəti müzakirə edilib
İqtisadiyyat nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edib

Biznes

İqtisadiyyat nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edib
Əlcəzair millisinin yeni baş məşqçisi müəyyənləşib

Futbol

Əlcəzair millisinin yeni baş məşqçisi müəyyənləşib

Əlcəzair millisinin yeni baş məşqçisi müəyyənləşib
Yüksək Liqa: "Araz-Naxçıvan" rəqibini darmadağın edib

Futbol

Yüksək Liqa: "Araz-Naxçıvan" rəqibini darmadağın edib

Yüksək Liqa: "Araz-Naxçıvan" rəqibini darmadağın edib