Gəncədə pravoslavlar Milad bayramını qeyd edib - YENİLƏNİB
Far.Az xəbər saytı

Gəncədə pravoslavlar Milad bayramını qeyd edib - YENİLƏNİB


Gəncədə pravoslavlar Milad bayramını qeyd edib.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, əvvəlcə Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub.

Daha sonra Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edilib.

Pravoslavlar kilsədə şamlar yandıraraq sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, yanvarın 6-dan 7-nə keçən gecə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

10:04

Gəncədə pravoslavlar Milad bayramını qeyd edir.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, Milad bayramı Gəncə şəhərində Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində keçirilir.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Oxşar xəbərlər

Bu gün dünya katolikləri Milad bayramını qeyd edir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
Azərbaycanda pravoslav xristianları Milad bayramını qeyd edirlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər