Hidayət Heydərov və millinin baş məşqçisi Beynəlxalq Cüdo Federasiyasının sorğusunda liderlər sırasındadır
Far.Az xəbər saytı

Hidayət Heydərov və millinin baş məşqçisi Beynəlxalq Cüdo Federasiyasının sorğusunda liderlər sırasındadır


Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov (73 kq) və millinin baş məşqçisi Riçard Trautman Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi sorğuda ilk pillələrdə qərarlaşıblar.

"Far.Az" IJF-nin rəsmi saytına istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilmiş olimpiadada qızıl medal əldə edən Heydərov "İlin cüdoçusu" nominasiyasında ikinci sıradadır. Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) yeddi idmançı arasında altıncıdır.

Yığmanın almaniyalı baş məşqçisi Riçard Trautman hazırda "İlin məşqçisi" üçün aparılan səsvermədə birincidir.

Ötən il Peruda təşkil olunmuş dünya çempionatında qızıl medal əldə edən yeniyetmə cüdoçu Nihad Məmişov (55 kq) "İlin parlayan ulduzu" nominasiyasında ilk pillədədir.

Bundan əlavə, Azərbaycan Cüdo Federasiyasının "Uşaqlar üçün Adaptiv Cüdo" layihəsi "Uşaqlar üçün cüdo" kateqoriyasında liderdir.

Zelim Tskayev (81 kq) və Turan Bayramovun (60 kq) uğurlu fəndləri isə "İlin ipponu" üçün aparılan sorğuda 20 iştirakçı arasında müvafiq olaraq 10-cu və 14-cü yerdədir.

Qeyd edək ki, səsvermə yanvarın 10-da başa çatacaq. 2024-cü ildə cüdoda dünyanın ən yaxşıları mükafatlarını fevralın 1-2-də Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində alacaqlar.

Oxşar xəbərlər

Azərbaycan idmançılarının yeni reytinq cədvəli: Hidayət Heydərov ikinci pillədə qərarlaşıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan idmançılarının 2025-ci ilin ilk ayı üçün reytinq cədvəli açıqlanıb
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər