Çad XİN başçısı Fransanı Afrika ölkələrinə qarşı alçaldıcı münasibətdə günahlandırıb
Far.Az xəbər saytı

Çad XİN başçısı Fransanı Afrika ölkələrinə qarşı alçaldıcı münasibətdə günahlandırıb


Fransa liderləri afrikalılara hörmət etməyi öyrənməlidirlər.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bunu Çadın xarici işlər naziri Abderaman Kulamalla Fransa Prezidenti Emmanuel Makronun Saheldə terrorla mübarizədə göstərilən köməyə görə Afrika dövlətlərinin təşəkkür etməməsi barədə açıqlamasını şərh edərkən bildirib.

Kulamallanın sözlərinə görə, belə bəyanatlar Fransa liderinin Afrika və afrikalılara qarşı alçaldıcı münasibətini əks etdirir.

"Fransa liderləri Afrika xalqına hörmət etməyi öyrənməlidirlər", - XİN başçısı bildirib.

O əlavə edib ki, Fransa Çad ordusunu yaratmayıb və heç vaxt onun struktur inkişafına töhfə verməyib, əksinə, Çad xalqı tam suverenliyə və həqiqi müstəqilliyə can atır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Fransada böhran qapıda – Makronun Livan saxtakarlığı, cinsi azlıq, erməni siyasəti - ŞƏRH
Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər