Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 170
Cəmi: 4999
amon
Xəbər 25
Cəmi: 753
Avara_Şair
Xəbər 15
Cəmi: 1400
JokeR
Xəbər 4
Cəmi: 28
ODiNoKiY_VoLK
Xəbər 4
Cəmi: 311
Onadeyin
Xəbər 1
Cəmi: 25
Nicat Babashov
Xəbər 1
Cəmi: 1

Son Şərhlər

Əlavə edilmiş son şərhlər

Son Hədiyyə

Göndərilmiş hediyyə
amon » Avara_Şair

Mesaj: Tebrikler

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,6 Milyon
3) Avara_Şair » 643,9 Min
4) ❤Hicablı❤qadın❤ » 479,2 Min
5) Sol Meleyim » 455,9 Min
6) Sensiz darixiram » 393,3 Min
7) _Uğurböceyi_ » 381 Min
8) L e o n » 357,2 Min
9) AzizA » 291,6 Min
10) Elnare » 221,1 Min
11) _Yene_Tenha_ » 220,2 Min
12) Ümidli gözəl » 177,6 Min
13) poppy » 144 Min
14) SeKeRCiK » 139,3 Min
15) amon » 134,6 Min
16) _O.R.X.A.N_ » 121,9 Min
17) Nani_Fit » 87,1 Min
18) pandisim » 82,8 Min
19) sessiz musiqim » 81,8 Min
20) Love Angel » 77,1 Min

Reklam

Bir dəfə klik edin
loading.az

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Sensiz darixiram
Şərh: 13
Cəmi: 3786
V_L
Şərh: 5
Cəmi: 35
Kənan Heydərov
Şərh: 3
Cəmi: 7712
JokeR
Şərh: 2
Cəmi: 44
GozeLoV
Şərh: 2
Cəmi: 2
Adnur xanım
Şərh: 2
Cəmi: 12
Ümidli gözəl
Şərh: 2
Cəmi: 602
son nefes
Şərh: 2
Cəmi: 291
sessiz musiqim
Şərh: 1
Cəmi: 1458
Avara_Şair
Şərh: 1
Cəmi: 313

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 105
Cəmi: 105
GozeLoV
Bugün 27
Cəmi: 27
Avara_Şair
Bugün 25
Cəmi: 25
amon
Bugün 24
Cəmi: 24
JokeR
Bugün 7
Cəmi: 7
Ümidli gözəl
Bugün 6
Cəmi: 6
son nefes
Bugün 4
Cəmi: 4
Adnur xanım
Bugün 2
Cəmi: 2
Alizade
Bugün 2
Cəmi: 2
Azra
Bugün 1
Cəmi: 1

Reklam

Bir dəfə klik edin
loading.az
"Aşura acizanə bir matəm mərasimi deyil" - Hacı Şahin
İslam Dini Yüklə
"Aşura acizanə bir matəm mərasimi deyil" - Hacı Şahin


"Zaman-zaman bu hadisənin mahiyyətini təhrif etməyə, onu gözdən salmağa cəhd göstərənlər müəyyən insanlar olub, bu gün də var".

"Azərbaycanda məhərrəmlik, Aşura mərasimləri tarixən qeyd olunub, bu gün də keçirilir. Hətta Sovet hakimiyyəti illərində də bunun keçirilməsini tam əngəlləmək mümkün olmayıb. Bu, Azərbaycan xalqının, azərbaycanlıların Əhli-Beytə (Hz.Muhəmməd Peyğəmbərin (s.ə.a.s.) ailə üzvlərinə - red.) olan sayqı və sevgisinin göstəricisidir.

Azərbaycan nadir ölkələrdəndir ki, burada unikal dövlət-din münasibətləri modeli var və o, daim müsbət məcrada inkişaf edir. Ölkəmizdə dövlətin dinə diqqət və qayğısı var, burada dini tolerantlıq, vicdan azadlığını təmin edilir, məscidlərin, məbədlərin dövlət tərəfindən bərpa və təmir edilməsi həyata keçirilir. Aşura mərasimlərini də dini qurumlar dövlət qurumları ilə birgə əməkdaşlıq şəklində həyata keçirirlər. Bunlar nümunəvi tədbirlərdir. Yüzlərlə, minlərlə insan məscidlərə toplaşır və hansısa xoşagəlməz hadisə baş vermir. İnsanlar bir-birinə əl tutur, yardım edir. Həmçinin, Aşura günü bütün şəhidlərimiz də yad olunur, ölkədəki şəhidlər xiyabanları ziyarət edilir. Belə davranışlar bir daha bizim Əhli-Beytə, Kərbəla məktəbinə və bu məktəb vasitəsilə dövlətimizə, Vətənimizə bağlılığımızı ifadə edir".
Bu barədə Milli.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Məşədi Dadaş məscidinin imam camaatı, tanınmış nüfuzlu ilahiyyatçı Hacı Şahin Həsənli məhərrəmlik və Aşura barədə fikirlərini bölüşərkən bildirib.

İlahiyyatçısının sözlərinə görə, Aşura zamanın və məkanın fövqündə duran hadisədir: "Əhli-Beyt Azərbaycanda həmişə insanların birləşdirən ortaq bir dəyər olub və indi də belədir. Hər il İmam Hüseyn (ə.s) və silahdaşlarının Kərbəlada şəhid olması gününün yad edilməsinin əsası budur ki, onlar dünya mənafeyi, qarışıqlıq salmaq, fitnə-fəsad törətmək üçün yox, məhz Allah rizası üçün bu hadisəni yaratdılar. İmam Hüseynin (ə.s) özü də qeyd edir ki, mən fitnə-fəsad törətmək üçün yox, cəddim babam peyğəmbərin dini, ümmətini islah etmək üçün bu hərəkata başlayıram. Bu işi məhz Allah xatirinə görmələri insanların qəlbində onlara qarşı məhəbbət yaradır.
Bu, acizanə bir matəm mərasimi deyil. Bu insanlar qəhrəmandırlar, fədakarlıq, mərhəmət nümunəsidirlər. Məhz Əhli-Beytə sayqı xalqımızın qəlbində həmin o mərhəmət, məhəbbət duyğularını yaşadır. Çünki İmam Hüseyn (ə.s) zorakılıq etmədi, əksinə, özü zorakılığa məruz qaldı. Biz də indi onu yad etməklə zorakılığa qarşı olduğumuzu ifadə edirik.

Azərbaycan xalqının özü də zorakılığa, təcavüzə məruz qalıb, torpaqlarımız işğal olunub, azərbaycanlılara qarşı zaman-zaman amansız soyrıqım həyata keçirilib. Bakıda, Lənkəranda, Şamaxıda, Qarabağda, Xocalıda və digər yerlərdə soydaşlarımız amansızcasına qətlə yetirilib. Aşura günü həm də bütün bu həqiqətlərin insanlara çatdırılması üçün bir fürsətdir. Çünki Aşura şəhidlərin günüdür. Həmin gün bütün şəhidlər yad edilir. Bu, gənclərimizdə vətənpərvərlik hisslərinin yaranmasına, güclənməsinə də təsir edir. Aşura ortaq qəmdir, amma sırf matəm deyil. Aşura həm də bir şəhidlik örnəyi, ləyaqətlə yaşamaq dərsidir. Ona görə də bu gənclərimizə də belə örnəklər lazımdır. Aşura, Kərbəla hadisəsi, İmam Hüseynin (ə.s.) şəhidliyi zamanından və məkanından asılı olmayaraq insanlar üçün bir nümunədir, ibrət dərsi deməkdir. Bu hadisənin bütün zamanlar üçün aktual məqamları, mesajları var. Bu baxımdan zaman və məkanın fövqündə durur".

Hacı Şahin Həsənli qeyd edib ki, zaman-zaman bu hadisənin mahiyyətini təhrif etməyə, onu gözdən salmağa cəhd göstərənlər müəyyən insanlar olub, bu gün də müxtəlif ölkələrdə var: "Ona görə də Aşura mərasimləri keçirilən zaman diqqət edilməlidir ki, hər hansı ifrata yol verilməsin. Bədəndən qan çıxarmaq, baş yarmaq və s. belə əməllər İslam dini nöqteyi-nəzərindən haram olduğu kimi, hadisənin də mahiyyətini kölgə altına almağa xidmət edir, onu təhrif edir. Aşura günü bir fədakarlıq günüdür. Ona görə də Azərbaycanda təziyə mərasimləri ilə yanaşı qanvermə aksiyaları keçirilir, insanlar öz qanını xəstələrə hədiyyə edirlər. Həmin o qan çıxarmaq istəyən insanlar da bu təşəbbüsə qoşulmalıdır. Çünki insanlara həyat bəxş etmək dinimizin ən təməl prinsiplərindən biridir. Quranda qeyd olunur ki, kim bir insanı diriltsə, sankı bəşəriyyəti diriltmiş olur. Yəni Aşura insanları humanizmə, insansevərliyə, həmçinin ləyaqətlə yaşamağa dəvət edir. Bu mənada Azərbaycan insanı, gəncləri üçün gözəl örnəklər var".

Dostlarınızla paylaşın

Şərhlər: 4
  1. pandisim
    Dərk etmək lazımdır.Aşura ürəklə,beyinlə.Dildə deməklə olmr
    -=* Medalları *=-

  2. CLoseYourEyeS
    Bilmirdim tesekkur xeber ucun
    -=* Medalları *=-

  3. Kənan Heydərov
    Allah razı olsun
    -=* Medalları *=-

    -=* İmza *=-

    test


    ▄██▄██▄░██░░░▄█▀▀█▄░█▌░░▐█░██▀▀▀░▄██▄██▄ ▀█████▀░██░░▐█▌░░▐█▌▐█░░█▌░██▀▀░░▀█████▀ ░░▀█▀░░░██▄▄░▀█▄▄█▀░░▀██▀░░██▄▄▄░░░▀█▀
  4. L e o n
    Bu yezid eclaflar ezeldende olub ele indide coxdur serefsizler.
    -=* Medalları *=-

    -=* İmza *=-



Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.