Almaniyada atışma olub, ölənlər var
Far.Az xəbər saytı

Almaniyada atışma olub, ölənlər var


Almaniyanın cənub-qərbindəki Bad-Fridrixsxall (Federal Baden-Vürtemberq əyaləti) şəhərində maşınqayırma şirkətinin binasında naməlum cinayətkar atəş açaraq iki nəfəri öldürüb, daha bir nəfəri ağır yaralayıb.

“Far.Az” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, hücumçu gizlənib. Polis “X” sosial şəbəkəsində bildirib ki, hazırda cinayətkarı tutmaq üçün əməliyyat aparılır.

İlkin məlumata görə, maskalı şəxs Bakı vaxtı ilə saat 20:45 radələrində firmanın binasına daxil olub və atəş açmağa başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, əhali üçün təhlükə yoxdur. Əməliyyatda helikopter iştirak edir.

Qeyd edək ki, Bad-Fridrixsxallın 20 minə yaxın sakini var.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Türkiyədə helikopter xəstəxana binasına çırpılıb, ölənlər var - YENİLƏNİB
İspaniyada maskalı kişi futbol meydançasında 11 yaşlı uşağı bıçıqlayaraq öldürüb
Almaniyada qadın bıçaqla 5 nəfəri yaralayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər