Aİ-də qaz anbarlarının ehtiyatları 100 mlrd. kubmetrə yaxınlaşıb
Far.Az xəbər saytı

Aİ-də qaz anbarlarının ehtiyatları 100 mlrd. kubmetrə yaxınlaşıb


Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 90,5%-i ötüb.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 90,54% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 7,93 faiz bəndi çoxdur.

Qeyd olunub ki, hazırda anbarlardakı qazın ümumi həcmi 99,72 mlrd. kubmetr təşkil edir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Oxşar xəbərlər

Aİ-də qaz anbarlarının ehtiyatları 90%-ə yaxınlaşıb
Azərbaycanda magistral qaz kəmərlərində itkilər kəskin azalıb
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirlər artıb
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər