Qərbi Azərbaycan İcması Nikol Paşinyanı dialoqa çağırıb
Far.Az xəbər saytı

Qərbi Azərbaycan İcması Nikol Paşinyanı dialoqa çağırıb


Qərbi Azərbaycan məsələsi ərazi deyil, insan hüquqları məsələsidir. Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyimizi dəfələrlə ifadə etmişik. Qərbi Azərbaycan termininə gəldikdə vurğulayaq ki, bu, tarixi həqiqətlərə əsaslanan və bizim özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdiyimiz anlayışdır.

"Report" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Ermənistan baş naziri Nikol Paşinyana cavab bəyanatında qeyd olunub.

Qeyd olunub ki, Ermənistan hökuməti coğrafi-tarixi məzmunda polemikaya girmək əvəzinə problemin mahiyyətinə dair mövqeyini ifadə etməlidir:

"Qərbi azərbaycanlıların qayıdışına dair Ermənistan və Azərbaycan arasında dövlətlərarası dialoqun sülh müqaviləsinin imzalanmasından sonra aparıla biləcəyi barədə Nikol Paşinyanın məhdudlaşdırıcı şərti yanlışdır. Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və insan hüquqlarından irəli gələn öhdəliyidir. Ermənistan Respublikası Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinin xarakterindən asılı olmayaraq, Qərbi azərbaycanlıların – indi Ermənistan adlanan ölkənin qanuni sakinlərinin qayıdışına qeyd-şərtsiz şərait yaratmalıdır. Qayıdışa dair dialoqun süni şəkildə sülhdən sonraya saxlanması və yaxud qayıdışı dövlətlərarası dialoqla şərtləndirmək insan hüquqlarına ziddir və sülhün əldə edilməsinə xidmət etmir. Vurğulayaq ki, bu mövzuda əsas dialoq xətti Ermənistan hökuməti və Qərbi Azərbaycan İcması arasında aparılmalı olan formatdır".

Bəyanatda Paşinyana regionda sülh və əməkdaşlığın bərqərar olunması üçün səmimi səylər göstərməyə, Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə İcmamızla dialoqa başlamağa çağırış edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər