Tramp hakimiyyətinin ilk günündən qanunsuz miqrantlara qarşı reydlər başlanacaq
Far.Az xəbər saytı

Tramp hakimiyyətinin ilk günündən qanunsuz miqrantlara qarşı reydlər başlanacaq


ABŞ-də yeni seçilmiş prezident Donald Tramp hakimiyyətinin ilk günündən etibarən qanunsuz miqrantlara qarşı reydlər başlanacaq.

“Far.Az” ABŞ-nin “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu barədə Trampın yeni komandasında sərhəd təhlükəsizliyinə cavabdeh olan Tom Hovman bildirib.

Qeyd olunub ki, yanvarın 21-dən etibarən ölkədə qanunsuz yaşayan miqrantların saxlanılması və deportasiyası istiqamətində işlər başlayacaq.

Trampın komandası ilk növbədə cinayət törətmiş miqrantları da hədəf alacaqlarını açıqlayıb. Buna baxmayaraq, bildirilib ki, tədbirlər ABŞ-dakı bütün qeyri- qanuni miqrantlara aid ediləcək.

Xatırladaq ki, Tramp daha əvvəl ölkə tarixindəki ən böyük deportasiya proqramına şəxsən nəzarət etmək niyyətində olduğunu bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ
Tramp inauqurasiyadan sonra ordu ilə miqrantları kütləvi şəkildə deportasiya edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər