Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun Xalac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Qırxçıraq kənd sakini, 1997-ci il təvəllüdlü Baxışov Məhəmməd Adil oğlunun idarə etdiyi “Ford” markalı avtomobil hərəkətdə olarkən “Opel”lə toqquşub.
Qəza nəticəsində “Ford”un sürücüsü ölüb.
Faktla bağlı araşdırma aparılır.