Bu televiziyaya peyk yayımı lisenziyası verildi
Audiovizual Şurasının növbəti iclası keçirilib.
BAKU.WS xəbər verir ki, iclasda iki məsələ müzakirə olunub.
İlk olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının genişləndirilməsi məsələsi müzakirə olunub. Bu məqsədlə Audiovizual Şuranın qərarı ilə Şuşa rayonu ərazisində yerləşən "Turşsu" radio-televiziya yayım stansiyasından 46-cı TV yayım kanalı və Ağdərə rayonu ərazisində yerləşən "Həsənriz kənd" radio-televiziya yayım stansiyasından 25-ci TV yayım kanalı infrastruktur operatoru olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin istifadəsinə ayrılıb.
Sonra Azərbaycan Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli Fərmanı ilə əlaqədar "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Audiovizual Şuraya müraciəti müzakirə olunub.
Şuranın qəbul etdiyi müvafiq qərarlara əsasən, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-yə regional yerüstü televiziya yayımçısı (kanalın adı: "Naxçıvan TV") lisenziyası və regional yerüstü radio yayımçısı (kanalın adı: "Naxçıvan Radiosu") lisenziyası verilib. Həmçinin, regional yerüstü televiziya yayımını həyata keçirmək şərti ilə "Naxçıvan TV"yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının da verilməsi haqqında qərar qəbul edilib.
BAKU.WSOxşar xəbərlər
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib
“Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
-
Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib













