Bugün
KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb
“Mehr” agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB “Mehr” agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
KİV: İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb KİV: İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb     İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb    
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib

5-05-2024, 22:50 677

Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL SİZİN REKLAM BURADA! 055 213 76 73 Ermənistanın sabiq prezidenti Robert Köçəryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikm
SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın sabiq prezidenti Robert Köçəryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib.

Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digər bölgələrdə yolları kəsməklə məşğul olur. Bununla da Köçəryan ölkədəki qarışıqlıqdan, xaosdan istifadə etmək, xalqı küçələrə tökmək, hakimiyyəti devirmək üçün növbəti dəfə şansını sınamaq qərarına gəlib.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Kilsə ilə ittifaq

Tavuş rayonunun kəndlərində davam edən etiraz aksiyalarının rəhbərinin Baqrat olması diqqətdən yayınmayıb. Uzun müddətdir baş nazirə qarşı kəskin çıxışlar edən din xadiminin Robertlə də əlaqəsi üzə çıxıb.

Bir neçə il əvvəl Paşinyanın təqiblərindən qurtulmaq üçün kilsəyə sığınan və bu vasitə ilə ölkəni tərk etməyə çalışan eks-prezident 2021-ci il 17 fevral tarixində keçirilən mətbuat konfransında bəyan etdi ki, prezidentliyə namizəd irəli sürmək üçün ən yaxşı variant Erməni Apostol Kilsəsinin ruhani liderlərindən biri ola bilər, çünki o, qərəzsiz və ümumbəşəri hörmətə malik olacaq. Bu açıqlama bəzi ruhaniləri həvəsləndirmişdi.

Bir sıra siyasətçi və şərhçinin də bu məsələdə Barqat Srbazanın adını hallandırması, sonuncunun iştahasını əməlli-başlı artırmışdı.

2021-ci ildə Robert Köçəryan tərəfdarları da ölkədəki xaosdan istifadə edərək, hakimiyyətə qayıdacaqlarına ümid edirdilər.

Bu səbəbdən də tərəflər arasında gizli görüş keçirilir və razılaşdırılır ki, əgər Köçəryan hakimiyyətə qayıtsa, Baqrat katalikos postuna yiyələnəcək. Amma tərəflərin planı suya düşdü. Görünür, gizli ittifaq bu dəfə də vəzifə və mövqe uğrunda “döyüşə atılıb”.

Srbazanın iç üzü

Srbazanın ən böyük arzusu isə katolikos olmaqdır. Bu səbəbdən din xadimi baş nazirə və siyasi elitaya qarşı hücumlarını daha da kəskinləşdirir, lider olmaq, özünü xalqın atası kimi aparmaq üçün dəridən-qabıqdan çıxır. Tavuş hadisələri isə məsələnin duz-istiotu olub.

İş o həddə çatıb ki, Baqrat artıq terrora da əl atacağının işarəsini verib və “Yerkrap”ın rəhbəri Sasun Mikaelyana səslənib.

Bu isə güc strukturları ilə könüllü dəstələri arasında ciddi qarşıdurma yaratma həvəsindən xəbər verir. Tavuş yeparxiyasının rəhbəri artıq yaxın çevrəsinə bəyan edib ki, bu aksiya uğursuz olsa, nəticə əldə edilməsə də, özünü yaxşı reklam edə bilib.

Köçəryanın dəstəsi iş başında

Köçəryan texnoloqları hakimiyyəti devirmək üçün “dahiyanə” üsula əl atmaq qərarına gəliblər. “Ermənistan” bloku və Daşnaksütyun fəalları ilə gizli razılaşmadan sonra kiçik qruplarla yolları bağlamaq, ölkədə xaos yaratmaq ideyası ortaya atılıb.

Maraqlıdır ki, hər qruplaşmaya müxalifətin iki deputatı rəhbərlik edib və sayı 10-20 nəfər arası olan şəxslər müxtəlif üsullarla yolları bağlamağa cəhd göstəriblər.

Hədəf İrəvanın mərkəzi küçələri və dövlətlərarası şose yolları olub. Bununla da şəbəkə və təşkilatlanmış etiraz aksiyası görüntüsü yaradılmağa çalışılıb. Maraqlıdır ki, bütün xəbərlər əsasən müxalifətin KİV-lərində yayımlanıb və küçələrə cəmi 10-20 nəfər çıxsa da, sayı izdiham kimi qələmə vermək siyasəti yürüdülüb.

Təşkilatçılar bununla evlərində oturan sadə erməni vətəndaşını təxribatlara cəlb etmək, aksiyanın miqyasını böyütmək niyyəti güdüblər. Amma plan əks-effekt verib.

Köçəryan “komandası”nın ifşası

Fraksiyanın təşkil etdiyi aksiyalarda Karen Köçəryan da gözə dəyib. Bu şəxs 2021-ci il parlament seçkilərində Robert tərəfindən işə götürülüb və seçkiöncəsi kampaniyanı idarə edib.

Onun yanında isə David Saakyants olub. Bu şəxs isə Köçəryan komandası üçün hökumət əleyhinə kampaniyaya rəhbərlik edir və bu işdən külli miqdarda pul qazanır. Noyemberyan-Baqratşen yolunda təxribata cəhd edən və polis tərəfindən saxlanılan şəxsin axtarışda olan cinayətkar olduğu üzə çıxıb.

İki istiqamətdə aksiyaçılara qoşulan, özünü general kimi təqdim edən şəxsin hərbçi olmadığı da məlum olub.

Başqa bir fakt: İrəvan küçələrinin birində yolu bloklamağa çalışan kiçik qrupun fotoları növbəti gün başqa rakursdan başqa bir aksiya kimi müxalif KİV-də təqdim edilib.

Bir neçə gün əvvəl Ermənistan parlamentinin qarşısında baş verən kiçik aksiya isə elə erməni KİV tərəfindən ifşa edilib və lağa qoyulub.

Məlum olub ki, etiraza rəhbərlik edən Ovanes Şaqinyan İrəvanın Ərəbkir rayonunun keçmiş icra başçısı, eyni rayonun keçmiş polis rəisi və Milli Olimpiya Komitəsinin keçmiş üzvüdür. Bu şəxs bu vəzifələrdə Köçəryanın hakimiyyəti illərində çalışıb.

Paşinyan hərəkətə keçdi

Təbii ki, bu hadisələrin Köçəryan tərəfindən idarə olunması hakimiyyət tərəfindən cavabsız qala bilməzdi. Elə bu səbəbdən də Ermənistanın baş prokuroru Anna Vardapetyan bəyan edib ki, ikinci prezident Robert Köçəryan və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın onlarla daşınmaz əmlakı və yüz milyonlarla dollar vəsaiti qanunsuz olduğu üçün müsadirə ediləcək.

Təkcə Köçəryan və onun ailəsinin yeddi üzvünün 25 daşınmaz əmlakı, beş nəqliyyat vasitəsi, dörd milyon dollarlıq səhmi əlindən alınmalıdır. Prokurorluq Köçəryanın Ermənistanda və xaricdə 16 hüquqi şəxsin fəaliyyətində iştirakına xitam verməyə çalışır.

Far.Az
Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq

Futbol

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"

Region

Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"

Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək

Region

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Futbol

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb

Futbol

Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb

Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Region

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub

Futbol

AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub

AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Region

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub