"Kapital Bank"ın dollar istiqrazlarına abunə yazılışı yekunlaşdı
Xəbər verdiyimiz kimi, yanvarın 8-də "Kapital Bank" ASC-nin 25 milyon ABŞ dolları məbləğində subordinasiya istiqrazlarının abunə yazılışına start verilib.
İstiqrazları yanvarın 10-dan etibarən 12 gün ərzində Bankın filiallarından əldə etmək mümkün olub.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi yanvarın 24-də yekunlaşıb.
120 investorun iştirak etdiyi yerləşdirmədə ümumi sifarişlərin məbləği 25 milyon ABŞ dolları olub. İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü hər 30 gündən bir, tədavül müddəti isə 7 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
"Kapital Bank"ın dollar istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 7% artıra bilər. Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. İstiqrazlar üzrə faiz ödənişləri vergidən azaddır. Eyni zamanda istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.
Ərtaflı məlumat üçün:
Xatırladaq ki, 2024-cü ildə "Kapital Bank"ın ümumi məbləği 145 milyon ABŞ dolları və 100 milyon manat olmaqla 7 istiqraz emissiyası baş tutub. Eyni zamanda bank ötən il ilk dəfə olaraq filiallarda istiqrazların abunə yazılışını həyata keçirməyə nail olub. Ümumilikdə 450-dən çox investorun iştirak etdiyi abunə yazılışlarında fiziki şəxslər öz aktivlikləri ilə seçiliblər. Bankın istiqrazları təkrar bazarda da aktiv ticarət olunub. Ötən il ərzində investorlar arasında 52 milyon manatdan çox ticarət aparılıb.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , "Birbank" kartı sifarişi üçün — .
Oxşar xəbərlər
"Kapital Bank"ın dollar istiqrazlarına abunə yazılışı başladı
Pulunuz Kapital Bank istiqrazları sizə daha çox gəlir gətirsin
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib
-
Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib
-
Hörmüzdə gərginlik artır: İran tankerlər və ABŞ bazalarını vurdu
-
UEFA Çempionlar Liqası: "Sabah" I təsnifat mərhələsinin cavab oyununda TNS ilə üz-üzə gəlir
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama













