Bugün
Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı müzakirə edib Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı müzakirə edib
Şahin Bağırov Xaçmazda vətəndaşları qəbul edib Şahin Bağırov Xaçmazda vətəndaşları qəbul edib
Ermənistan səfiri İsrail XİN-ə çağırılıb Ermənistan səfiri İsrail XİN-ə çağırılıb
İrakli Kobaxidze: "Xarici agentlər haqqında" qanuna qarşı aparılan kampaniya rüsvayçılıqdır İrakli Kobaxidze: "Xarici agentlər haqqında" qanuna qarşı aparılan kampaniya rüsvayçılıqdır
"Italdizain" və "Lladró" Qarabağ atı heykəllərinin məhdud saylı seriyasını təqdim edir - FOTO "Italdizain" və "Lladró" Qarabağ atı heykəllərinin məhdud saylı seriyasını təqdim edir - FOTO
Vahid Hacıyev: "Qarabağ dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevriləcək" Vahid Hacıyev: "Qarabağ dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevriləcək"
Bakıda keçiriləcək yerli şirkətlərin tanıtım sərgisində 150-dən çox iştirakçı olacaq Bakıda keçiriləcək yerli şirkətlərin tanıtım sərgisində 150-dən çox iştirakçı olacaq
Ermənistan Fələstinin müstəqilliyini tanıyıb Ermənistan Fələstinin müstəqilliyini tanıyıb
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 22 % artırıb Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 22 % artırıb
Türkiyədə otluq sahədə yanğın olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB Türkiyədə otluq sahədə yanğın olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

18-05-2024, 22:55 175

Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol" Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol" Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı haz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Qızıl Alma hədəfi və ona doğru gedən yol” adlı buraxılışda Loru mahalının, Barana (Noyemberyan) rayonunun Ləmbəli (Baqrataşen) kəndinin tarixi, xalçaçılığı, irsi araşdırılıb.

Tədqiqatçı alim, professor Cahangir Hacıyev Ləmbəli adının mənasından, burada toxunan xalçalarının üzərindəki təsvir və işarələrin gizli mənasından, oğuz türklərinin məskunlaşdığı Ləmbəli yurdunun tarixindən söz açır.

Bildirilir ki, Ləmbəlinin tarixi xalçanın üzərində gizli işarələrlə qeyd olunub. Xalça üzərindəki əjdaha ilə döyüşən türkün təsviri qəhrəmanlıq rəmzi olmaqla yanaşı, bir çox gerçəkliyi üzə çıxarır, erməni saxtakarlığını ifşa edir. Həmçinin, Qızıl Alma hədəfi və ona doğru gedən yolun təsviri, Çadırgülü naxışı da oğuz boyunun damğasıdır. “Üçgöllü-əjdahalı” xalçada türk tayfları və yerləşdikləri ərazilərin işarələri yer alır.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 18-də 19:30-da Baku Tv-nin efirində, saat 21:30-da Youtube kanalında yayımlanıb.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Danimarka millisinin baş məşqçisi: İngiltərəni məğlub edə bilərdik

Futbol

Danimarka millisinin baş məşqçisi: İngiltərəni məğlub edə bilərdik

Danimarka millisinin baş məşqçisi: İngiltərəni məğlub edə bilərdik
AVRO-2024: İspaniya - İtaliya matçında ilk hissə başa çatıb

Futbol

AVRO-2024: İspaniya - İtaliya matçında ilk hissə başa çatıb

AVRO-2024: İspaniya - İtaliya matçında ilk hissə başa çatıb
Danimarka - İngiltərə matçının ən yaxşı futbolçusu açıqlanıb

Futbol

Danimarka - İngiltərə matçının ən yaxşı futbolçusu açıqlanıb

Danimarka - İngiltərə matçının ən yaxşı futbolçusu açıqlanıb
İngiltərə millisinin baş məşqçisi: İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik

Futbol

İngiltərə millisinin baş məşqçisi: İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik

İngiltərə millisinin baş məşqçisi: İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik
Putin: Rusiya nüvə doktrinasına mümkün dəyişikliklər barədə düşünür

Region

Putin: Rusiya nüvə doktrinasına mümkün dəyişikliklər barədə düşünür

Putin: Rusiya nüvə doktrinasına mümkün dəyişikliklər barədə düşünür
Sabah İmişlidə 150 abonentin qaz təchizatı dayandırılacaq 

Energetika

Sabah İmişlidə 150 abonentin qaz təchizatı dayandırılacaq 

Sabah İmişlidə 150 abonentin qaz təchizatı dayandırılacaq 
Təmiz hava uğrunda mübarizə: Azərbaycan elektromobillərə doğru irəliləyir

Energetika

Təmiz hava uğrunda mübarizə: Azərbaycan elektromobillərə doğru irəliləyir

Təmiz hava uğrunda mübarizə: Azərbaycan elektromobillərə doğru irəliləyir
AVRO-2024: Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb - YENİLƏNİB - 5

Futbol

AVRO-2024: Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb - YENİLƏNİB - 5

AVRO-2024: Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb - YENİLƏNİB - 5