Bugün
“Dəniz kuboku”na qatılacaq komandamız hazırlıq məşqlərini davam etdirir - FOTO “Dəniz kuboku”na qatılacaq komandamız hazırlıq məşqlərini davam etdirir - FOTO
BMT-nin Baş katibi: “Zaporojye AES-də təhlükəsiz demilitarizasiya perimetri yaradılmalıdır” BMT-nin Baş katibi: “Zaporojye AES-də təhlükəsiz demilitarizasiya perimetri yaradılmalıdır”
Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək
PKK rəhbərinin göstərişi ilə İstanbulda terror aktı törətmək istəyən şəxslər saxlanılıb PKK rəhbərinin göstərişi ilə İstanbulda terror aktı törətmək istəyən şəxslər saxlanılıb
Ukraynada daha 2 azərbaycanlı həlak olub Ukraynada daha 2 azərbaycanlı həlak olub
Zelenski: “Ukrayna-Rusiya müharibəsinin bitmə müddəti iki amildən asılıdır” Zelenski: “Ukrayna-Rusiya müharibəsinin bitmə müddəti iki amildən asılıdır”
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Dnepropetrovska hücumu cavabsız qoymayacağıq” Zelenskidən Rusiyaya xəbərdarlıq: “Dnepropetrovska hücumu cavabsız qoymayacağıq”
Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
Ermənistanda döyüş mövqeyində meyiti tapılan əsgərin ölüm səbəbi məlum olub Ermənistanda döyüş mövqeyində meyiti tapılan əsgərin ölüm səbəbi məlum olub
Ermənistandan bu il təkcə hava yolu ilə mühacirət 60 faiz artıb Ermənistandan bu il təkcə hava yolu ilə mühacirət 60 faiz artıb

4-08-2022, 20:25 130

Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub - FOTO Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub - FOTO Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngila

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

FAR.AZ xəbər verir ki, avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir.

Yolun ilk 77.5 km-lik hissəsinin 6, qalan 46.1 km-lik hissəsinin isə 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edir.

Layihə üzrə işlərin ümumi yerinə yetirilmə faizi 57%-dir:

- 265 dairəvi borudan 166-sı artıq tikilib, 39-da işlər davam edir;

- 42 düzbucaqlı borudan 18-i tikilib, 9-da işlər davam edir;

- 56 alt keçidin 19-u tikilib, 25-də işlər davam edir;

- 63 ehtiyat keçidlər üçün nəzərdə tutulmuş xidməti borulardan 28-nin inşası başa çatdırılıb, 11-də işlər davam edir;

- 23 körpünün 19-da hazırda tikinti-quraşdırma işləri davam etdirilir.

Hazırda avtomobil yolunun 0-22, 44-48-ci km-lik hissələrində yol geyiminin tikintisi işləri, 25.9-115-ci km-lik hissəsində isə qazma, dolğu və süni qurğuların tikintisi işləri davam etdirilir.

Yol boyu layihəyə uyğun ümumi uzunluğu 6 km təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır. Tunellər üzrə işlərin yerinə yetirilməsi 37% təşkil edir.

Ortalama uzunluğu 1020 metr təşkil edən T1 tuneli üzrə artıq qazma işləri, həmçinin beton püskürtmə işləri yekunlaşıb. 1007 metr uzunluğunda olan T1 tunelinin sol istiqaməti üzrə kəmər betonu (40 sm) işləri 550 metr məsafədə, 1033 metr uzunluğunda T1 tunelinin sağ istiqaməti üzrə kəmər betonu (40 sm) işləri 444 metr məsafədə tamamlanıb.

Ortalama uzunluğu 1822 metr olan T2 tunelinin sol istiqaməti üzrə ümumi 985.5 metr, sağ istiqaməti üzrə isə ümumi 1166.35 metr məsafədə qazma və püskürtmə beton işləri tamamlanıb.

Ortalama uzunluğu 3170 metr olan T3 tunelinin sol istiqaməti üzrə 1398 metr, sağ istiqaməti üzrə 1433 metr məsafədə qazma və püskürtmə beton işləri tamamlanıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

FAR.AZ
QALEREYA
Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Şirvanda qəza ölümlə nəticələnib  - FOTO

Hadisə

Şirvanda qəza ölümlə nəticələnib - FOTO

Şirvanda qəza ölümlə nəticələnib - FOTO
Xaçmazda biçilmiş taxıl sahəsindəki yanğın söndürülüb  - YENİLƏNİB

Hadisə

Xaçmazda biçilmiş taxıl sahəsindəki yanğın söndürülüb - YENİLƏNİB

Xaçmazda biçilmiş taxıl sahəsindəki yanğın söndürülüb - YENİLƏNİB
Xocavənddə Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları tapıldı - FOTO

Hadisə

Xocavənddə Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları tapıldı - FOTO

Xocavənddə Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları tapıldı - FOTO
İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazanıb

İdman

İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazanıb

İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazanıb
Türkiyə, İsveç və Finlandiya üçlüyünün növbəti görüş tarixi açıqlandı

Dünya

Türkiyə, İsveç və Finlandiya üçlüyünün növbəti görüş tarixi açıqlandı

Türkiyə, İsveç və Finlandiya üçlüyünün növbəti görüş tarixi açıqlandı
Yəməndə təbii fəlakətin görüntüləri - VİDEO

Dünya

Yəməndə təbii fəlakətin görüntüləri - VİDEO

Yəməndə təbii fəlakətin görüntüləri - VİDEO
İslamiada: Azərbaycan taekvondoçusu gümüş medal qazandı

İdman

İslamiada: Azərbaycan taekvondoçusu gümüş medal qazandı

İslamiada: Azərbaycan taekvondoçusu gümüş medal qazandı
Bakıda sərnişin avtobusu qəza törədib

Hadisə

Bakıda sərnişin avtobusu qəza törədib

Bakıda sərnişin avtobusu qəza törədib