Fərid Qayıbov Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb
Far.Az xəbər saytı

Fərid Qayıbov Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb


Gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarında ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

"Far.Az" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Tədbirin əvvəlində bir sıra idman mütəxəssiləri təltif edilib. Ardınca nazir Fərid Qayıbov idmançıları salamlayıb və onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib. Sonra Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

Ağırlıqqaldırma, atletika, bədii gimnastika, batut gimnastikası, qadın idman gimnastikası, üzgüçülük, taekvondo, kəmər güləşi, qazaq güləşi, alpaqut, kikboksinq, kapoeyra, MMA idman növləri üzrə idmançılar çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib

Oxşar xəbərlər

Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov son 3 ayda beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb
Fərid Qayıbov İdman-Konsert Kompleksindəki idman bölmələrinə baxış keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər