Bugün
“Dəniz kuboku”na qatılacaq komandamız hazırlıq məşqlərini davam etdirir - FOTO “Dəniz kuboku”na qatılacaq komandamız hazırlıq məşqlərini davam etdirir - FOTO
BMT-nin Baş katibi: “Zaporojye AES-də təhlükəsiz demilitarizasiya perimetri yaradılmalıdır” BMT-nin Baş katibi: “Zaporojye AES-də təhlükəsiz demilitarizasiya perimetri yaradılmalıdır”
Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək
PKK rəhbərinin göstərişi ilə İstanbulda terror aktı törətmək istəyən şəxslər saxlanılıb PKK rəhbərinin göstərişi ilə İstanbulda terror aktı törətmək istəyən şəxslər saxlanılıb
Ukraynada daha 2 azərbaycanlı həlak olub Ukraynada daha 2 azərbaycanlı həlak olub
Zelenski: “Ukrayna-Rusiya müharibəsinin bitmə müddəti iki amildən asılıdır” Zelenski: “Ukrayna-Rusiya müharibəsinin bitmə müddəti iki amildən asılıdır”
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Dnepropetrovska hücumu cavabsız qoymayacağıq” Zelenskidən Rusiyaya xəbərdarlıq: “Dnepropetrovska hücumu cavabsız qoymayacağıq”
Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
Ermənistanda döyüş mövqeyində meyiti tapılan əsgərin ölüm səbəbi məlum olub Ermənistanda döyüş mövqeyində meyiti tapılan əsgərin ölüm səbəbi məlum olub
Ermənistandan bu il təkcə hava yolu ilə mühacirət 60 faiz artıb Ermənistandan bu il təkcə hava yolu ilə mühacirət 60 faiz artıb

5-08-2022, 19:14 164

Rusiya Qazax istiqamətində ikinci blokpostu niyə tikir? - Ekspertlərin RƏYLƏRİ + FOTO Rusiya Qazax istiqamətində ikinci blokpostu niyə tikir? - Ekspertlərin RƏYLƏRİ + FOTO Rusiya ordusunun ikinci blokpostu Ermənistan-Azərbaycan sərhədinin Qazax istiqamətində, Əskipara kəndində tikilir. Kənd soveti bu prosesin icrasını təsdiqləyib.

Rusiya ordusunun ikinci blokpostu Ermənistan-Azərbaycan sərhədinin Qazax istiqamətində, Əskipara kəndində tikilir. Kənd soveti bu prosesin icrasını təsdiqləyib. Ermənistan Müdafiə Nazirliyi isə tikintinin Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirildiyi bildirib.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan hərbi ekspert Ədalət Verdiyev bu addımın Azərbaycanın maraqlarına zidd olduğunu bildirib:

“Biz yaxşı anlayırıq ki, Ermənistan nə İran, nə Türkiyə, nə də Azərbaycanla sərhədlərini qorumaq imkanına malikdir. Hətta ölkənin paytaxtı İrəvan şəhərində belə hava limanında sərhəd xidməti fəaliyyətini Rusiya hərbçiləri həyata keçirir. Yəni erməni vətəndaş rus əsgərinin icazəsi ilə həmin ərazisinə girib çıxır. Blokpostun Azərbaycana aid olan və qaytarılması bizim tərəfimizdən birgə bəyanatın şərtləri ilə təyin edilən Qazax rayonunun Əskipara kəndində tikilməsi, təbii ki, bizi dərindən narahat edir. Hesab edirəm ki, bu addımlara qarşı aidiyyəti qurumlarımız üzərinə düşən fəaliyyəti yerinə yetirməli, Azərbaycan torpaqlarında bizim icazəmiz olmadan hansısa hərbi obyektlərin qurulmasına imkan verməməlidirlər”.

Hərbi analitik Alp Arslan İmamqulu isə müstəqillikdən bəri Ermənistanla aramızdakı münasibətlərin heç cür tənzimlənə bilməməsindən söz açıb:

“Torpaqlarımız işğaldan azad olunsa da, ərazilərimizdə separatçılar var və bu istiqamətdə antiterror əməliyyatları davam etməkdədir. Gözlənilən daxildə olan terrorçu qruplar tərk-silah edildikdən sonra növbəti mərhələdə sərhədlərimizin delimitasiya və demarkasiya prosesinin baş tutmasıdır. Böyük ehtimalla Ermənistan bu prosesi ya ləngidəcək, ya da heç istəməyəcək. Belə olanda isə haqqımızdır ki, sərhədlərimizi özümüz müəyyənləşdirək. Bu prosesi 1920-ci il AXC xəritəsinə əsasən həyata keçirmə haqqımız var. Bu zaman isə Azərbaycanın şimal-qərb sərhədində mübahisəli məsələlər olacaq. Tovuz, Qazax istiqamətindən əsas kommunikasiya, enerji xətləri keçdiyinə görə Rusiyanın əvvəlcədən müəyyən hazırlıqlar görməsi və hansısa mesajlar verməsi gözləniləndir. Blokpostun quraşdırılmasının Rusiya ilə Ermənistan arasında münasibətlərdən irəli gəldiyi yönündə verilən açıqlama da bizim dediklərimizi təsdiqləyir. Ümumiyyətlə, baş verənlər Rusiyanın vasitəçi olmaq üçün əvvəlcədən hazırlıq görməsi kimi qiymətləndirilə bilər”.

BAKU.WS
Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Şirvanda qəza ölümlə nəticələnib  - FOTO

Hadisə

Şirvanda qəza ölümlə nəticələnib - FOTO

Şirvanda qəza ölümlə nəticələnib - FOTO
Xaçmazda biçilmiş taxıl sahəsindəki yanğın söndürülüb  - YENİLƏNİB

Hadisə

Xaçmazda biçilmiş taxıl sahəsindəki yanğın söndürülüb - YENİLƏNİB

Xaçmazda biçilmiş taxıl sahəsindəki yanğın söndürülüb - YENİLƏNİB
Xocavənddə Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları tapıldı - FOTO

Hadisə

Xocavənddə Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları tapıldı - FOTO

Xocavənddə Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları tapıldı - FOTO
İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazanıb

İdman

İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazanıb

İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazanıb
Türkiyə, İsveç və Finlandiya üçlüyünün növbəti görüş tarixi açıqlandı

Dünya

Türkiyə, İsveç və Finlandiya üçlüyünün növbəti görüş tarixi açıqlandı

Türkiyə, İsveç və Finlandiya üçlüyünün növbəti görüş tarixi açıqlandı
Yəməndə təbii fəlakətin görüntüləri - VİDEO

Dünya

Yəməndə təbii fəlakətin görüntüləri - VİDEO

Yəməndə təbii fəlakətin görüntüləri - VİDEO
İslamiada: Azərbaycan taekvondoçusu gümüş medal qazandı

İdman

İslamiada: Azərbaycan taekvondoçusu gümüş medal qazandı

İslamiada: Azərbaycan taekvondoçusu gümüş medal qazandı
Bakıda sərnişin avtobusu qəza törədib

Hadisə

Bakıda sərnişin avtobusu qəza törədib

Bakıda sərnişin avtobusu qəza törədib