Qəbələ-Ağdaş avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
FAR.AZ-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında Qəbələnin Savalan kəndi ərazisində qeydə alınıb.
“Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Sadiq Əliyev, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.
Yaralanan dörd nəfər isə xəstəxanaya aparılıb.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.