Bugün
Türkiyə ordusu İraq və Suriyada daha yeddi terrorçu öldürüb Türkiyə ordusu İraq və Suriyada daha yeddi terrorçu öldürüb
XİN rəsmisi: İran ABŞ ilə birbaşa olmayan danışıqları davam etdirməyə hazırdır XİN rəsmisi: İran ABŞ ilə birbaşa olmayan danışıqları davam etdirməyə hazırdır
İranda səkkiz nəfər edam olunub İranda səkkiz nəfər edam olunub
“Xarici agentlər haqqında” qanuna görə bu gün Gürcüstan Konstitusiya Məhkəməsində növbəti iddia qaldırılacaq “Xarici agentlər haqqında” qanuna görə bu gün Gürcüstan Konstitusiya Məhkəməsində növbəti iddia qaldırılacaq
Türkiyə ilə Yunanıstan arasında yeni körpü salınacaq Türkiyə ilə Yunanıstan arasında yeni körpü salınacaq
Azərbaycanda bəzi reklamların məzmunları vahid mərkəzdən idarə olunacaq Azərbaycanda bəzi reklamların məzmunları vahid mərkəzdən idarə olunacaq
Türkiyə İraqa elektrik enerjisi ixracını bərpa edib Türkiyə İraqa elektrik enerjisi ixracını bərpa edib
Türkiyənin tanınmış yazıçısı vəfat edib Türkiyənin tanınmış yazıçısı vəfat edib
Sergey Markov: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır Sergey Markov: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır
AK Parti rəsmisi: Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək AK Parti rəsmisi: Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək

20-06-2024, 21:55 151

Təmiz hava uğrunda mübarizə: Azərbaycan elektromobillərə doğru irəliləyir Təmiz hava uğrunda mübarizə: Azərbaycan elektromobillərə doğru irəliləyir Azərbaycan zəngin enerji resurslarına görə əlverişli mövqedədir və bu, dizel və benzin qiymətlərinin aşağı olmasına səbəbdir. Aşağı qiymətlər isə əhalinin dizel

Azərbaycan zəngin enerji resurslarına görə əlverişli mövqedədir və bu, dizel və benzin qiymətlərinin aşağı olmasına səbəbdir. Aşağı qiymətlər isə əhalinin dizel və benzinlə işləyən avtomobillər almasına gətirib çıxarır. Ancaq bu avtomobillər ətraf mühitə zərər verir, ekoloji davamlılıq üçün təhlükə yaradır.

Dünya bazarlarında karbohidrogen enerji daşıyıcılarının qeyri-sabit qiymətləri və ekoloji cəhətdən təmiz mühərriklərin axtarışı avtomobil sənayesi üçün elektrik avtomobillərinin cəlbediciliyini artırmaqdadır. İsveçrəli mütəxəssislər elektrik mühərriki ilə işləyən avtomobillərin digər mühərrik növləri ilə müqayisəsini aparıblar və bu nəticədə dizel, benzin, təbii qaz və hibrid mühərrikli avtomobillərlə müqayisədə elektrik mühərriki ilə hərəkət edən avtomobillərin havaya buraxdığı emissiyalar xeyli aşağı olub. Mütəxəssislər müqayisə üçün “Volkswagen Golf” markalı avtomobilin eyni mühərrik həcmi və at gücündə nümunələrini test ediblər və e-avtomobil havaya buraxılan zəhərli qazların həcminə görə (172 q/km) digər mühərriklərdən (292-337 q/km) daha yaxşı nəticə göstərib.

Azərbaycan hökumətnin ətraf mühitin mühafizəsi istiqamətində atılan mühüm addımlar sırasında daha keyfiyyətli benzin istehsalı, elektromobil və elektrik avtobuslardan istifadənin təşviqi də var.

“Far.Az” bu yazıda benzin və dizellə işləyən nəqliyyat vasitələrinin ətraf mühitə təsirinə, keyfiyyətli benzin və elektrik avtomobillərinin əhəmiyyətinə toxunur.

Dizel və benzinlə işləyən avtomobillərin ekologiyaya mənfi təsirləri artıq məlumdur və insanlar üçün xroniki xəstəliklərin mənbəyi olduğu dəfələrlə diqqətə çatdırılıb. Benzin və dizel kimi ənənəvi yanacaqlar, eyni zamanda məhdud neft ehtiyatlarının sürətlə tükənməsinə də yol açır. Bu, enerji təhlükəsizliyi üçün uzunmüddətli risklər yaradır və davamlı enerji siyasətinə mənfi təsir göstərir.

Artıq bir çox ölkələr bu istiqamətdə addımlar atıb. Azərbaycandan fərqli olaraq əksər ölkələrdə yanacaq qiymətlərinin baha olması elektrikli avtomobillərə keçidə və ekologiyanın bərpası ilə bağlı prosesin daha tez və sürətli həyata keçirilməsinə imkan yaradıb. Azərbaycan da bu sahədə bir sıra addımlar atır və əlavə də işlər görülə bilər. Buna misal olaraq Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan Nəqliyyat Vasitələrinin Utilizasiyası Fondunu qeyd etmək olar. Bundan əlavə, Azərbaycanda istehsal olunan avtomobil yanacağının keyfiyyətinin artırılması istiqamətində işlər görülür və bu istiqamətdə ilk addım atılıb. Belə ki, ötən ilin may ayından Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda “Avro-5” ekoloji standartlarına cavab verən dizel yanacağı istehsalına başlanılıb. Bu il iyunun sonunadək müəssisə “Avro-5” standartlarına cavab verən avtomobil benzininin istehsalına başlamağı planlaşdırır. Bu növ benzin havanın keyfiyyətini yaxşılaşdırır və zərərli emissiyaları azaltmaqla ətraf mühitə təsirləri minimuma endirir.

Azərbaycan hökuməti elektromobillərin yayılmasına da diqqət ayırır ki, bu da ekoloji davamlılıq məqsədlərinə çatmaqda mühüm addımdır. Bu avtomobillər ekoloji cəhətdən təmiz texnologiyalarla təchiz olunub və təbii ehtiyatların qorunmasına və ekosistemin davamlılığına töhfə verir.

Bu səbəbdən ictimaiyyəti elektrikli nəqliyyat vasitələrinə keçməyə, daha təmiz nəqliyyat həllərinin qəbul edilməsinə təşviq etmək lazımdır.

Eyni zamanda hökumət ətraf mühitin mühafizəsi və bərpa olunan enerji layihələrinə investisiyaları artırmalıdır. Bununla yanaşı elektrikli nəqliyyat vasitələrinin geniş yayılması üçün hərtərəfli enerji doldurma məntəqələrinin yaradılması lazımdır. Bura şəhər mərkəzlərində, magistral yollarda və kənd yerlərində məntəqələrin quraşdırılması daxildir.

Elektrikli nəqliyyat vasitələrinin ekoloji faydalarını maksimum dərəcədə artırmaq üçün bərpa olunan enerji mənbələrinə investisiyalar edilməlidir. Günəş, külək və su elektrik enerjisi layihələri elektrik nəqliyyat vasitələrini davamlı enerji ilə doldurmağa imkan verir.

Hökumət, özəl sektor və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı ilə dayanıqlı nəqliyyat həlləri hazırlamaqla Azərbaycanı daha işıqlı gələcəyə çıxarar.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Azərbaycanlı hakim Avro Çimərlik Futbolu Liqasında final matçını idarə edəcək

Futbol

Azərbaycanlı hakim Avro Çimərlik Futbolu Liqasında final matçını idarə edəcək

Azərbaycanlı hakim Avro Çimərlik Futbolu Liqasında final matçını idarə edəcək
Belqorod vilayətinin kəndi atəşə tutulub, 9 nəfər yaralanıb

Region

Belqorod vilayətinin kəndi atəşə tutulub, 9 nəfər yaralanıb

Belqorod vilayətinin kəndi atəşə tutulub, 9 nəfər yaralanıb
"Kəpəz" albaniyalı futbolçu ilə müqavilə bağlayıb

Futbol

"Kəpəz" albaniyalı futbolçu ilə müqavilə bağlayıb

"Kəpəz" albaniyalı futbolçu ilə müqavilə bağlayıb
Rusiyada zəncirvari qəzada üç nəfər ölüb

Region

Rusiyada zəncirvari qəzada üç nəfər ölüb

Rusiyada zəncirvari qəzada üç nəfər ölüb
Prezident: Yaşıl enerji ilə bağlı bir çox məqamlar insanları və qərar qəbul edənləri düşünməyə vadar edir

Energetika

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Energetika

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir
Prezident: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb

Futbol

"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb

"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb