Müvəqqəti işlər vəkili: Ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 30 faizdən çox artıb
Far.Az xəbər saytı

Müvəqqəti işlər vəkili: Ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 30 faizdən çox artıb


Ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 30 faizdən çox artıb.

“Far.Az” xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu ölkənin Milli Günü münasibətilə Bakıda təşkil edilən qəbulda deyib.

Onun sözlərinə görə, bununla da iki ölkənin ticarət dövriyyəsində rekord qeydə alınıb:

“Şahin Mustafayevin İrana səfər etməsi, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyanın 16-cı iclasının keçirilməsi cari ilin hər iki ölkə üçün daha yaxşı bir il olacağından xəbər verir”.

Diplomat bildirib ki, iki ölkə arasında nəqliyyat, energetika və sənaye sahələrində müxtəlif istiqamətlər üzrə bir sıra birgə layihələrin icrası sürətlə davam etdirilir:

"Şimal-Cənub Nəqliyyat Dəhlizi, Araz dəhlizi, yeni Astara sərhəd-keçid məntəqəsi və terminalı, Ağbənd-Kəlalə körpüsünün tikintisi kimi infrastruktur layihələri Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın böyük potensialından xəbər verir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Bakıda İranın Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər