Peskov: Aİ-yə daxil olmaq istəyi Ermənistanın suveren hüququdur, lakin hələ də bu ölkənin xalqı Aİİ-dən yararlanır
Far.Az xəbər saytı

Peskov: Aİ-yə daxil olmaq istəyi Ermənistanın suveren hüququdur, lakin hələ də bu ölkənin xalqı Aİİ-dən yararlanır


Avropa İttifaqına daxil olmaq istəyi Ermənistanın suveren hüququdur, lakin bu ölkənin xalqı hələ də Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlükdən dividend almağa davam edir.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, Ermənistanın suveren hüququdur, lakin əlbəttə ki, ermənilər və digərləri bunun qarşılıqlı istək olub-olmadığını, avropalıların özlərinin buna necə yanaşdığını müəyyən etməlidirlər", - o bildirib.

Onun sözlərinə görə, Ermənistanda elə siyasi qüvvələr var ki, Aİ-nin özünün bunda maraqlı olduğuna dair dəqiq anlayış olmadan, Avropa İttifaqına istiqamətlənmənin ölkənin özü və bu ölkə xalqının maraqları üçün əlavə dividendlər verəcəyini düşünürlər.

D.Peskovun sözlərinə görə, Avropa İttifaqına qəbul prosesinin mürəkkəbliyinə də diqqət yetirmək lazımdır: "Biz bu prosesdə uzun növbəyə salınmış bir çox ölkənin təcrübəsini bilirik".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ermənistanın Aİ üzvlüyünün qeyri-müəyyən perspektivləri - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər