Bugün
Pərviz Şahbazov: “Bu il 4 yeni bərpa olunan enerji stansiyasının təməli qoyulacaq” Pərviz Şahbazov: “Bu il 4 yeni bərpa olunan enerji stansiyasının təməli qoyulacaq”
Ermənistanda Solovyovun verilişləri qadağan olunub Ermənistanda Solovyovun verilişləri qadağan olunub
MİDA-nın vəzifəli şəxsi vəfat edib MİDA-nın vəzifəli şəxsi vəfat edib
Lavrov: Ermənistan rəsmiləri onlara Avropa İttifaqına daha çox bel bağlamaq lazım olduğunu açıq deyirlər Lavrov: Ermənistan rəsmiləri onlara Avropa İttifaqına daha çox bel bağlamaq lazım olduğunu açıq deyirlər
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
“Türk Hava Yolları” 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib “Türk Hava Yolları” 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib
Ermənistan KTMT-də iştirakını dondurduğunu rəsmən açıqlayıb Ermənistan KTMT-də iştirakını dondurduğunu rəsmən açıqlayıb
Ermənistan parlamentinin spikeri: Rusiya bizi dəfələrlə aldadıb Ermənistan parlamentinin spikeri: Rusiya bizi dəfələrlə aldadıb
İran XİN: Üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğu regionun maraqlarına ziddir İran XİN: Üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğu regionun maraqlarına ziddir
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib

16-08-2022, 17:30 565

Azərbaycanda elektromobillərə maraq niyə azdır? Azərbaycanda elektromobillərə maraq niyə azdır? Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin I yarısında Azərbaycana 153 elektrik mühərrikli avtomobil gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin I yarısında Azərbaycana 153 elektrik mühərrikli avtomobil gətirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən çox artım demək olsa da, elektromobillərin ölkəyə avtomobil idxalında payı cəmi 0,5%-dir.

Baxmayaraq ki, ölkəyə idxal olunan elektromobillər gömrük rəsmiləşdirilməsi zamanı əlavə dəyər vergisinə cəlb olunmur. Bu isə ölkə əhalisinin elektromobillərə marağının az olmasını göstərir. "Report" məsələni "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyevlə müzakirə edib.

Onun sözlərinə görə, Azərbaycanda elektromobillər üçün Elektrik Doldurma Məntəqələrinin (EDM) sayı kifayət qədər deyil, odur ki, vətəndaşlar daha çox ənənəvi qaydada çalışan - yalnız benzin və dizel yanacağı ilə işləyən maşınlar sürməyə üstünlük verir. Amma səbəb təkcə bu deyil.

"Biz benzin və dizel mühərrikli avtomobillərə öyrənmişik və elektromobillərə asanlıqla keçə bilmirik. ABŞ, Avropa və Yaponiyada hələ 2006-2007-ci illərdə hibrid avtomobillərə keçiblər. Ona görə də, həmin ölkələr üçün elektromobildən istifadəni genişləndirmək çətin olmayıb. Biz isə son bir neçə ildə hibrid avtomobillərdən istifadəyə üstünlük verməyə başlamışıq. Onların da çoxu ikinci əl, yararsız nəqliyyat vasitələridir. Bu səbəbdən də birdən-birə elektromobillərə keçmək çətindir", - deyə o, qeyd edib.

Eyyub Əliyev
Eyyub Əliyev

Ekspertin fikrincə, Azərbaycanda elektromobillərdən istifadəni genişləndirmək üçün aşağı gəlirli insanların büdcəsinə uyğun maşınların satışı təşkil edilməlidir: "Sözsüz ki, ölkəmizdə satılan elektrikli avtomobillərin qiyməti çox yüksəkdir və bu səbəbdən də əhalinin hamısı onlara keçid etmək imkanına malik deyil. Hazırda qiyməti 70-80 min manatdan aşağı elektromobil yoxdur. Hesab edirəm ki, dilerlər ölkəyə daha ucuz, yəni aşağı təbəqə üçün nəzərdə tutulan elektromobillər də gətirməlidirlər. Məsələn, çox yaxşı olardı ki, Azərbaycanda qiyməti 30-35 min manat olan elektrik mühərrikli avtomobillərin satışını da müşahidə edək. Hazırda ölkəmizdə belə avtonəqliyyat vasitələri məhdud saydadır. Məndə olan məlumata görə, "Naxçıvan Avtomobil Zavodu" (NAZ) MMC-də bununla bağlı işlər gedir. Belə ki, NAZ Çin markalarının burada yığımını həyata keçirir. Hansı ki, bunların qiyməti 34-35 min manatdır. Hazırkı kredit şərtləri və dövlətin müəyyən etdiyi güzəştlər daha aşağı büdcəli avtomobillərin ölkəmizə gətirilib satılmasını məqbul edir”.

Açıqlanan son rəsmi məlumatlara görə, hazırda ölkədə elektromobillər üçün 33 EDM var. Bu məntəqələrin 22-si Bakıda, 11-i isə regionlarda yerləşir.

P.S, Bu günlərdə Azərbaycan Mərkəzi Bankı “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”lara dəyişiklik edib. Dəyişikliyə əsasən, kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək. Ekspertlər hesab edir ki, bu yenilik ölkədə elektromobil sürməyə marağı artıracaq.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Region

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Region

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Region

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Region

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

Futbol

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Biznes

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək