“Made in Azerbaijan” brendi məhsulları Türkmənistanda təqdim edilib
Far.Az xəbər saytı

“Made in Azerbaijan” brendi məhsulları Türkmənistanda təqdim edilib


Azərbaycanın Türkmənistandakı Səfirliyi Türkmənistan Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən “Diplomatiya Günü”nə həsr olunmuş sərgidə iştirak edib.

Səfirlikdən "Far.Az"a bildirilib ki, tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və turizm potensialını əks etdirən kitablar, broşürlər, foto-açıqcalar, suvenirlər və sənətkarlıq nümunələri, habelə “Made in Azerbaijan” brendi məhsulları nümayiş olunub və qonaqlara təqdim edilib.

Eyni zamanda, türkmən dilində nəşr olunmuş Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Əbədiyyət dastanı” və Nizami Gəncəvinin əsərləri sərgi iştirakçılarına təqdim olunub.

Sərgi çərçivəsində COP29-a dair informativ məlumatlar əks olunmuş bannerlər nümayiş etdirilib, həmçinin sinevizyon vasitəsilə COP29-da əldə olunan nailiyyətlər və xronoloji statistik məlumatları ətraflı əks etdirən videoçarx da göstərilib.

Eləcə də tədbirdə milli geyimlər sərgilənib, habelə "Azerbaijan.travel" turizm platformasının təqdimatı keçirilib.

Ziyarətçilərə Azərbaycanın zəngin milli mətbəxi barədə məlumat verilib, ləziz yeməklər və şirniyyatlar təqdim olunub.

Türkmənistan Nazirlər Kabinetinin Sədr müavini, xarici işlər naziri Rəşid Meredov ölkə rəsmiləri və diplomatik korpusun nümayəndələri ilə birlikdə Azərbaycan stendi ilə tanış olub. Sərgiyə gələn qonaqlar Azərbaycan guşəsinə böyük maraq göstərib.

Oxşar xəbərlər

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər