Bugün
“Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb “Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb
Yunanıstanda 6 maqnitudalı zəlzələ olub Yunanıstanda 6 maqnitudalı zəlzələ olub
KİV: Ermənistanın hakim partiyası parçalanır, ən yaxın adamı Paşinyana etiraz edir KİV: Ermənistanın hakim partiyası parçalanır, ən yaxın adamı Paşinyana etiraz edir
Pərviz Şahbazov: “Bu il 4 yeni bərpa olunan enerji stansiyasının təməli qoyulacaq” Pərviz Şahbazov: “Bu il 4 yeni bərpa olunan enerji stansiyasının təməli qoyulacaq”
Ermənistanda Solovyovun verilişləri qadağan olunub Ermənistanda Solovyovun verilişləri qadağan olunub
MİDA-nın vəzifəli şəxsi vəfat edib MİDA-nın vəzifəli şəxsi vəfat edib
Lavrov: Ermənistan rəsmiləri onlara Avropa İttifaqına daha çox bel bağlamaq lazım olduğunu açıq deyirlər Lavrov: Ermənistan rəsmiləri onlara Avropa İttifaqına daha çox bel bağlamaq lazım olduğunu açıq deyirlər
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
“Türk Hava Yolları” 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib “Türk Hava Yolları” 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib
Ermənistan KTMT-də iştirakını dondurduğunu rəsmən açıqlayıb Ermənistan KTMT-də iştirakını dondurduğunu rəsmən açıqlayıb

17-08-2022, 18:00 496

Ekspert: “Buğda böhranının Azərbaycana mənfi təsirləri qaçılmazdır” Ekspert: “Buğda böhranının Azərbaycana mənfi təsirləri qaçılmazdır” Qlobal buğda bazarındakı son tendensiyaların Azərbaycana mənfi təsirləri qaçılmazıdır Bunu “Report”a açıqlamasında İqtisadi və Sosial Araşdırm

"Qlobal buğda bazarındakı son tendensiyaların Azərbaycana mənfi təsirləri qaçılmazıdır"

Bunu “Report”a açıqlamasında "İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri Əyyub Kərimli deyib.

Onun sözlərinə görə, bu gün dünya iqtisadiyyatında cərəyan edən iqtisadi-siyasi proseslər buğdanın və digər ərzaqların qiymətinə mənfi təsir göstərir: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymət indeksinə əsasən hazırki ərzaq qiymətləri son 40 ilin maksimum həddindədir. Keçənilki ərzaq qiymətləri ilə müqayisədə 26 %-dən yuxarı artım olub. Bu gün dunyada buğda məhsulunda əhəmiyyətli azalma yoxdur. Onun qiymətlərinə təsir edən əsas amillərdən biri buğda istehsalçılarının spekulyativ əməliyyatlarıdır. Bu özünü ölkələrin buğda ixracına tətbiq etdiyi kvotada göstərir. Belə ölkələrin sırasına bizim regionun əsas buğda ixracatçıları olan Rusiya və Qazaxıstan da daxildir. Əvvəlki illərlə müqayisədə hazırda Qazaxıstanın ixrac kvotası cəmi 550 min tondur. Rusiya isə ötən illə müqayisədə buğda ixracını 13 % azaldıb. Digər tərəfdən dünya bazarında tədarük zəncirlərinin pozulması müşahidə edilməkdədir. Ənənəvi buğda alıcılarının yerinə yeniləri gəlib. Bu sahədə olan kiçik şirkətlər sıradan çıxaraq öz yerini daha böyük şirkətlərə verib. Sonuncular da spekulyativ əməliyyatlar həyata keçirməklə buğdanı alıb saxlamaqla süni buğda defisiti yaradırlar. Bütün bu faktorlar nəticə etibarı ilə buğdanın qiymətinin artmasına gətirib çıxarır".

Ekspert diqqətə çatdırıb ki, Azəbaycan xüsusilə ərzaqlıq buğdaya olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödəyir: "Ötən il xaricdən alınan buğdanın 95 %-i Rusiyanın payına düşüb. Bu ölkə isə buğdanın ixrac rüsümlarını xeyli artırıb. Belə ki, avqustun 5-nə kimi buğdanın ixrac rüsumu bir tonu üçün 100 ABŞ dolları idisə hazırda bu rəqəm 145 ABŞ dollarıdır və gələn ay 150 ABŞ dollarına çatacağı güman edilir. Bunun un və un məhsularının qiymətlərinə mənfi təsiri qaçılmazdır. Unun bir kilosunda 0,20 manata kimi qiymət artımı ola bilər”.

Əyyub Kərimli
Əyyub Kərimli

Ə.Kərimliyə görə, qiymət artımın mənfi təsirlərini minimuma endirmək üçün bir sıra önləyici tədbirlərin həyata keçirilməsi labüddür: “İlk olaraq süni qiymət artımı hallarına qarşı nəzarət mexanizmləri gücləndirilməlidir. Bu sektorlardakı kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi artırılmalıdır. Bazar subyektləri arasında sağlam rəqabət şəratinin təmin olunması istiqamətində aktiv iş aparılmalıdır. Eyni zamanda sosial həssas əhali qruplarının, o cümlədən təqaüdçülərin, müavinət alanların gəlirlərinə yenidən baxılmaqla inflyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunmalıdır. Bu yaxın və orta müddətli perspektivdə edilməli olanlardır.

Uzaq perspektivdə isə xüsusilə ərzaqlıq buğdaya olan tələbatın daxili imkanlar hesabına təminat səviyyəsinin artırılması istiqamətində iş aparılmalıdır. Hökümət yaxın 5 ildə bu göstəricini 80 %-ə çatdırmağı hədəfləyir. İşğaldan azad olunmuş 600 min hektar əkinə yararlı torpaqdan 50 min hektarı bu il əkilib. Gələn il əlavə 150 min hektar torpağın əkilməsi nəzərdə tutulub. Əkin sahələrinin genişləndirilməsi ilə yanaşı məhsuldarlığın artırılmasına da geniş yer verilməlidir. Bunun üçün kənd təsərrüfatında müasir innovativ həllərin istifadəsi üstünlük təşkil etməlidir. Dünyada əkin sahələri az olan ancaq çox məhsul götürən ölkələr var. Onların təcrübəsindən yararlanmaq böyük əhəmiyyət kəsb edir”.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Region

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Region

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Region

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Region

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

Futbol

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Biznes

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək