Ramin Məmmədov Bəhreyndə dini konfransda iştirak edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 19-20 fevral tarixlərində Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayəsi altında Manama şəhərində keçirilən İslamdaxili Dialoq konfransında iştirak edib.
Bu barədə "Far.Az"a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, "Bir ümmət, ortaq tale" mövzusuna həsr olunmuş konfrans Əl-Əzhərin Böyük İmamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyibin təşəbbüsü, Əl-Əzhər Əl-Şərif, İslam Məsələləri üzrə Ali Şura (Bəhreyn) və Müsəlman Ağsaqqalları Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirə dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılıblar.
Dialoq, məsləhətləşmələr və ümumi prinsiplər üzrə qarşılıqlı anlaşmanın təşviq edilməsi, İslam həmrəyliyini inkişaf etdirmək, müsəlman dünyası, eləcə də bəşəriyyətin gələcəyi naminə birgə təşəbbüslərin ortaya qoyulması məqsədi ilə təşkil olunan konfrans 8 sessiyadan ibarət olub.
Konfransın gündəliyində həmrəylik dəyərlərinin təbliği, fanatizm və xurafata qarşı mübarizə istiqamətində anlaşma və əməkdaşlığın gücləndirilməsi, konstruktiv İslam dialoqu mədəniyyətinin formalaşdırılması və digər məsələlər yer alıb.
Qeyd edək ki, konfrans çərçivəsində Bəhreyn Kralı müxtəlif ölkələrdən gələn nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə konfransın əhəmiyyəti vurğulanaraq, müsəlman xalqları arasında əlaqələrin, birliyin möhkəmləndirilməsi və İslam həmrəyliyinin gücləndirilməsinin zəruriliyi barədə müzakirələr aparılıb.
Oxşar xəbərlər
Allahşükür Paşazadə Bəhreyndə dini konfransda iştirak edəcək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb - YENİLƏNİB
“Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusundakı beynəlxalq konfrans işini yekunlaşdırıb - YENİLƏNİB
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Ucarda "Aqrar Biznes" və "I Çəltik" festivalı keçirilib - Yenilənib














